Azərbaycanda ilk qar


Ötən gecə Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağıb. Qarın hündürlüyü Xınalıq kəndində 1 santimetrə çatıb. Xınalıq kəndi dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Oktyabrın 6-da qar yağmaqda davam edir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

İstirahət günləri üçün olan proqnoza görə, Böyük və Kiçik Qafqaz dağlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +14 dərəcə olacaq.

Cənub regionunda yağıntı gözlənilmir. Havanın temperaturu +20 dərəcə olacaq.

Aran rayonlarında qısamüddətli yağış yağacaq, havanın temperaturu +23 dərəcə olacaq.

Həftəsonu paytaxtda yağıntı gözlənilmir. Havanın temperaturu +21 dərəcə olacaq.

6-10-2018, 00:43