Azərbaycanda 230-dan çox məhkum elektron qolbaq daşıyır

Şrift : |
Tarix :8-10-2018, 01:28
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 17 dəfə
Like :
Like :

    Birləşmiş Ərəb Əmirliklərinin Baş Polis İdarəsinin təşəbbüsü ilə bu ölkənin məsul nümayəndəsi məhkumlara elektron nəzarət vasitələrinin tətbiqi təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib, Ədliyyə Nazirliyi Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fəaliyyəti ilə tanış olub.

    Nazirliyin mətbuat xidmətindən 7gun.az-a verilən məlumata görə, tanışlıq zamanı qonağa elektron nəzarət vasitələrinin texniki xüsusiyyətləri, monitorinq sistemi vasitəsilə əlaqə yaradılmaqla məhkumların izlənilməsi prosesi, onların üzərinə qoyulmuş məhdudiyyətlərin sistemdə əks olunması, mərkəzdə növbətçiliyin təşkili ilə bağlı ətraflı məlumat verilib, elektron nəzarət qurğuları, o cümlədən elektron qolbaqlar əyani nümayiş etdirilib, təqdimat keçirilib.

    Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, bu məqsədlə Ədliyyə Nazirliyində yeni Probasiya xidməti yaradılıb, həmin cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Həmçinin Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi fəaliyyət göstərir.

    Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron qolbaqların tətbiq olunması həmin cəzaların effektiv icrasına nəzarətin təşkilinə imkan yaradır. Artıq 230-dan çox məhkum elektron qolbaq daşıyır ki, onlar müvafiq cəzalarını çəkirlər və Elektron monitorinq mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.

    Dövlət başçısının qəti siyasi iradəsi sayəsində qısa müddətdə ölkəmizdə probasiya institutunun tətbiqinə nail olunub və artıq bu sahədə Azərbaycanın təcrübəsinə digər dövlətlər tərəfindən maraq göstərilir.

    Probasiya xidmətinin fəaliyyəti barədə məlumatları böyük maraqla qarşılayan qonaq gələcəkdə bu sahədə Azərbaycanın təcrübəsindən faydalanmaq məqsədilə Birləşmiş Ərəb Əmirlikləri Baş Polis İdarəsinin nümayəndə heyətinin ölkəmizə səfər etmək niyyətində olduğunu bildirib.


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!