Təcrübəniz yoxdursa, nə bilirsiniz ki, tələsən yerimiz yoxdur? - Şahvələd Çobanoğlu

Şrift : |
Tarix :8-10-2018, 19:45
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 29 dəfə
Like :
Like :

    "Deyirsiniz ki, bu hakimiyyəti heç kim hələ əvəz etməyə hazır deyil, hakimiyyətə gəlməli deyilik, təcrübə yığmalıyıq. Bunun gülməli tərəfi yoxdur artıq, xalqın hakimiyyətini qəsb edən, saxta yollarla iqtidarda qalan, ölkəni talayan, taleləri sındıran bir cinayətkar dəstəyə haqq qazandırmaqdır"

    7gun.az xəbər verir ki, bu sözləri jurnalist Şahvələd Çobanoğlu özünün feysbuk hesabında yazıb.

    Erkin Qədirlinin "Bu hakimiyyət qalmalıdır ki, müxalifət təcrübə toplasın" fikriniə münasibət bildirən Şahvələd Çobanoğlu yazıb ki, təcrübəniz yoxdursa, nə bilirsiniz ki, onlar təcrübəlidir?

    "Nyutonun böyük alim olduğunu bilməyən yoxdur. Kimi dindirsən, deyəcək ki, böyük fizikdir. Amma yalnız az adam bilir ki, o, çox böyük fizik və çox böyük riyaziyyatçıdır, riyaziyyatda elədiklərini heç sadalayıb çatdırmaq olmur. Mənə görə dahilərin içərisində ən çox elm adamı olan odur – mənə görə, tarix belə bir elm adamı görməyib hələ də. Amma bu qədər savadlı və dahi adamın bir qapıdan böyük pişiyə böyük deşik, kiçik pişiyə kiçik deşik açması barədə əhvalata hamı gülür, çünki böyük deşikdən hər ikisi keçə bilərdi. Elə mən də gülmüşəm.
    Olur yəni. Amma Nyutona sağlığında öz yanında gülsəydik, inad etməzdi ki, yox, o düz edib, əksinə, özü də gülərdi. Hər birimizin belə halları ola bilər, olur. Xüsusən də, Nyuton kimi adamda da olubsa.
    İndi bu qədər savadlı bir adam - Erkin Qədirli bir söz deyib – Tələsən yerimiz yoxdur – hamı güldükcə gülür, deyindikcə deyinir, o da isbat etməyə çalışır ki, yox, elə onun dediyidir. Təkrar-təkrar deyir.
    Burda başa düşülməsi çətin olan nə var axı? Hamı deyir çox gecikmişik, çox itirmişik, tələsməsək də, vaxtında edək nəyisə, yaxud yenə gecikməyək, Erkin Qədirli də dediyi o sözü bir də deyir, gülürlər. Bilirik ki, kiçik pişiyə ayrı deşik açmaq pişiklərə mane olmurdu, amma gülməli idi. Tələsən yerimiz yoxdur demək də, o demək deyil ki, hamı tələsirmiş, bu adam da haqlı olaraq qoymur tələsməyə. Axı heç tələsən yoxdur, hətta tərpənən o qədər azdır ki, çox vaxt deyirlər ki, tərpənən yoxdur.
    Təsəvvür edin ki, hamı acdır, yeməyə də bir şey yoxdur, sən gəlib deyirsən ki, çox yemək olmaz, sağlamlığa ziyandır, sizcə bəyənərlər?
    Camaat şir lətifəsi danışır: “Azərbaycan yatmış şirə bənzəyir. Oyadırlar, gedib o yanda yatır”.
    Elə bil, sən də bu zaman deyirsən ki, tələsən yerimiz yoxdur.
    Üstəlik, təkcə gülməli deyil, həm də təkrar-təkrar deyəndə çağırışa oxşayır - Oturaq yerimizdə, tələsməyək! – deyə.
    Ardınca da deyirsiniz ki, bu hakimiyyəti heç kim hələ əvəz etməyə hazır deyil, hakimiyyətə gəlməli deyilik, təcrübə yığmalıyıq. Bunun gülməli tərəfi yoxdur artıq, xalqın hakimiyyətini qəsb edən, saxta yollarla iqtidarda qalan, ölkəni talayan, taleləri sındıran bir cinayətkar dəstəyə haqq qazandırmaqdır.
    Təcrübəyə bax bir!
    Təcrübəniz yoxdursa, nə bilirsiniz ki, onlar təcrübəlidir?" - deyə jurnalist Şahvələd Çobanoğlu feysbuk statusunda qeyd edib.


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!