Həzi Bəy"Yaxşı ki, 20-ci yüzilliyin Erkin Qədirlisi olmayıb"


"Dedi ki, "Tələsən yerimiz yoxdur". Dedik ki, insanların ömrü çürüyür həbsxanada"


7gun.az xəbər verir ki, bu sözləri AXCP Gənclər Komitəsinin məclis üzvü Həzi Bəy özünün feysbuk hesabında yazıb.

O qeyd edib ki, yaxşı ki, 1990-cı ildə də Erkin Qədirlini saya alan yox idi, yoxsa, "Rus ordusu Bakıda qalmalıdır ki, hərbi təcrübə toplayaq" təfəkkürü ilə Bakının hələ də rus əsgərlərinin tapdağında olmasına kimi gətirib çıxaracaq çıxışlar edərdi.

"Erkin Qədirlini bu günə siz saldınız, indi də onu yox, öz əməyinizi müdafiə edirsiniz.

- Dedi ki, Qarabağ alınmasa Azərbaycana demokratiya gələ bilməz, birinci Qarabağı almalıyıq, sonra hakimiyyət dəyişmək, demokratiyaya keçid etmək olar. Dedik ki, bu, hakimiyyətin "Bizim Qarabağ boyda dərdimiz var" kampaniyasına dəstəkdir və zərərlidir. Dediniz, adam milliyəçidir, düşünmədən həssaslıqla deyib.

- Dedi ki, "Tələsən yerimiz yoxdur". Dedik ki, insanların ömrü çürüyür həbsxanada, İlkin, Seymur, Asif, Murad və yüzlərlə tale həbsxanada çürüyür, nə danışır bu? Dediniz ki, adam ziyalıdır, axı biz qanmırıxx o nə danışır.

Belə-belə də davam etdi....

- Və deyir ki, hakimiyyət qalmalıdır ki, onlardan təcrübə toplayaq. İndi də bunu müdafiə edirsiniz. İpinizi, sapınızı itirmisiniz, Rauf Arifoğlu sizin hamınızı söyməsəydi, onu da müdafiə edəcəkdiniz (Müəyyən qədər də etmisiniz) mütləq. Çünki, sizin üçün heç bir prinsip, heç bir dəyər deyə bir şey qalmayıb.

"Cümhuriyyətçilər təslim olmur!" "Biz hakimiyyətə real alternativik" deyib, bu gün də çıxıb "İlham Əliyev, Ramiz Mehdiyev qalmalıdır ki, biz də onlardan təcrübə toplayaq" demək dönüklükdür.

Sizin bu vəziyyətinizi görəndə düşünürəm ki, yaxşı ki, 20-ci yüzilliyin Erkin Qədirlisi olmayıb, yoxsa o vaxt "Çar Rusiyası qalmalıdır ki, təcrübə toplayaq" təfəkkürü ilə Çar Rusiyasının maraqların müdafiə edərdi. Biz də müstəqillik almadan, Şimali Qafqaz ölkələri kimi Rusiyanın bir əyalətinə çevrilərdik.

Düşünürəm ki, yaxşı ki, 1990-cı ildə də Erkin Qədirlini saya alan yox idi, yoxsa, "Rus ordusu Bakıda qalmalıdır ki, hərbi təcrübə toplayaq" təfəkkürü ilə Bakının hələ də rus əsgərlərinin tapdağında olmasına kimi gətirib çıxaracaq çıxışlar edərdi.

Bu "milliyətçi" Erkin Qədirli sabah çıxıb desə ki, Qarabağ işğalda qalmalıdır ki, təcrübə toplayaq, bizim oranı idarə etməyə nə kadr potensialımız, nə də iqtisadi potensialımız yoxdur, yenə müdafə edəcəksiniz.

Çünki riyakarsınız...

Bizim Erkin Qədirlidən və onun kimi düşünənənlərdən (Əslində isə düşünə bilməyənlərdən) fərqimiz odur ki, biz "kadr" deyəndə ağlımıza təkcə cəbhəçilər gəlmir. Azərbaycanın yetərincə kadr potensialı var. Çoxu xaricdədir, amma onları da ölkədən didərgin salan bir hakimiyyətdir, bir də insanları Erkin Qədirli kimi bilərəkdən pessimzmə kökləyən dəstəkçiləri.

Erkin Qədirıinin bir yaxşı söhbəti də var, deyir ki, siyasət mənlik deyil. Sonra da deyir ki, biz müxalifətə utandığımızdan gəldik. İndi isə, xahiş edirəm, heç olmasa, son söhbətdən sonra utanıb getsin. Ürək bulandırmağa gərək yoxdur"- deyə AXCP üzvü feysbuk hesabında yazıb.

Qeyd edək ki, RAL Partiyasının İdarə Heyyətinin üzvü Erkin Qədirli müsahibəsində "Bu hakimiyyət qalmalıdır ki, müxalifət təcrübə toplasın, kadr potensialı zəifdir" fikrin səsləndirmişdi. Sonradan Erkin Qədirlinin bu fikri ciddi müzakirələrə səbəb olub.

09-10-2018