Məktəblilər “orqan mafiyası” tərəfindən qaçırılır? — RƏSMİ AÇIQLAMA

Şrift : |
Tarix :10-10-2018, 00:59
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 32 dəfə
Like :
Like :

    Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların “orqan mafiyası” tərəfindən qaçırılması barədə yayılan məlumatlara münasibət bildirib.

    "7gun.az" xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”un sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. Bu cür məlumatların şayiə və dezinformasiyadan başqa bir şey olmadığını qeyd edən O.Mansurzadə iddia olunan yerlər də daxil olmaqla ümumiyyətlə respublikanın heç bir bölgəsində belə halların qeydə alınmadığını deyib:

    “Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb. Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər və ya aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər. Əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu atmosferi yaradılmasına xidmət edən təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması, sosial şəbəkələrdə və bir sıra xəbər portallarında tirajlanması mövcud qanunvericiliyin tələblərinə görə yolverilməzdir və kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”.

    Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqların qaçırılması ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, guya uşaqlar “orqan mafiyası”nın üzvləri tərəfindən oğurlanıb.


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!