''Pambıq yığmaqla tələbə nəzəri biliyini artıra bilməz''

Şrift : |
Tarix :10-10-2018, 02:27
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 24 dəfə
Like :
Like :

    Vahid Məhərrəmov: ''Bu, qeyri-qanuni bir haldır''

    “Artıq tələbələrin pambıq yığıma cəlb edilməsini gizlətmirlər. Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin tələbələrini bu yaxınlarda pambığa aparmışdılar. Əsaslandırırlar ki, guya tələbələr pambıq toplayarkən həm nəzəri biliklərini artırır, həm də pul qazanırlar. Əslində isə yanılırlar”.

    Bunu İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmov deyib.

    O, bildirib ki, pambıq yığmaqla nəzəri biliyi, təcrübəni artırmaq mümkün deyil:

    “Burada ancaq fiziki əməklə məşğul olurlar. Əgər nəzəri və praktiki biliklərini artırmaq istəyirlərsə, o zaman Universitet tələbələri sahələrə istehsal prosesini izləmək üçün aparmalı idi”.

    O qeyd edib ki, pambığın 10 inkişaf etapı var.

    “Onların içində səpindən öncə toxumun yetişdirilməsi, səpinin özü tələbələrə faydalı ola bilər. Ancaq onların yığıma cəlb edilməsi məntiqə sığmır”.

    Onun sözlərinə görə, bu adamlar pambıqyığan deyillər, aqronom kimi yetişməlidirlər.

    “Onların nəzəri bilikləri ancaq universitet aidutoriyasında arta bilər. Ümumiyyətlə bu, qeyri-qanuni bir haldır. Son zamanlar insanların məcburi pambıq yığımına cəlb edilməsi halları çoxalıb”.

    V. Məhərrəmov onu da deyib ki, bu gün ölkədə çox ciddi aqronom çatışmazlığı var. Çünki vaxtilə, Sovet dövründə həmin universitetdə təhsil alan tələbələri də üzüm və pambıq yığımına cəlb edirdililər:

    “Nəticədə, onlar normal təhsil ala bilmirdilər. Diplom alırdılar, ancaq təhsil barədə eyni şeyi demək olmaz. Əksəriyyəti heç təcrübə də əldə edə bilmədiyindən, bu gün bir işə yaramırlar. Təəssüf ki, bu proses indi də davam edir. Tədris proqramını sonra sürətləndirməklə, yəni həmin buraxılmış dərsləri yenidən bərpa etmək, yenidən onlara əlavə məruzələr oxumaq, seminarlar keçirməklə, bir sözlə, dərs proqramını sıxlaşdırmaqla heç nə əldə edə bilməyəcəklər”.

    V.Məhərrəmov yaranmış durumu vəziyyətdən sui-istifadə, tələbələri məcburi əməyə cəlb etmək kimi qiymətləndirir.

    Bir neçə gün əvvəl Azərbaycan Dövlət Aqrar Universiteti “Facebook” səhifəsində aqronomluq fakültəsinin 100 nəfərdən artıq tələbəsini pambıq yığımına göndərdiklərini yazmışdılar.

    Ötən il, xəstəxana işçilərinin, müəllimlərin və digərlərinin könüllü adı altında pambıq yığımına məcburi cəlb edilməsi ilə bağlı mediada çoxsaylı yazılar dərc edilib.

    MEYDAN TV


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!