Putin Həbiblə görüşdü


Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədovu UFC döyüşündə qazandığı qələbə münasibətilə təbrik edib

“7gun.az” xəbər verir ki, ölkə başçısı Həbiblə şəxsən görüşüb. Görüşdə döyüşçünün atası Abdulmanap Nurməhəmmədov da iştirak edib.

Məlumat üçün bildirək ki, ötən bazar günü Həbib Nurməhəmmədov UFC döyüşü üzrə çempion olub. Bundan sonra Putin onu təbrik etmək üçün telefonla zəng etmişdi.

Rusiya prezidenti “atandan xahiş edəcəm, səni sərt cəzalandırmasın” deyə zarafat da edib.

10-10-2018, 20:21