Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Şrift : |
Tarix :12-10-2018, 00:17
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 20 dəfə
Like :
Like :

    Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçuların ailələrinə qanpulu verilməsi prosesinə başlanıb

    Lakin prosesin gedişində şəhid ailələri bəzi nöqsanlarla qarşılaşıb. 7GUN.az bildirir ki, bu barədə «Qarabağ Qaziləri» İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu Qaziler.az-a bunları bildirib: “Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi başlayandan bir sıra xırda çatışmazlıqlar müşahidə olunur, müəyyən narazılıqlar var. Bu narazılıqların ən əsası “Kapitalbank”da şəhid ailəsinin adına açılan bank hesabı ilə bağlı bankın təqdim etdiyi arayışın verilməsi müqabilində ailədən 10 manat məbləğində pul tələb edilməsi, 11 min manat hesaba köçürüldükdə isə həmin puldan 1 faiz (110 manat) tutulması ilə bağlı olan şikayətlərdir. Fikrimcə, bu düzgün deyil. Yəni ölkənin birinci şəxsinin, ali baş komandanın belə bir vacib, humanist fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və bunu prezidentə qarşı sayğısızlıq hesab edirəm.

    Düşünürük ki, burada bir anlaşılmazlıq var və tezliklə aradan qaldırılacaq. Xatırladım ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələrinə birdəfəlik ödəmə prosesinin başlanmasından bir gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, şəhid ailələrindən notarius xidmətindən başqa heç bir ödəniş tələb olunmayacaq”.

    Qaziler.az


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!