Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

Şrift : |
Tarix :13-10-2018, 02:14
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 528 dəfə
Like :
Like :

    Deputat Aqil Abbas "Bakı Lift-Təmir” İstehsalat Birliyinin işdən qovulan sabiq rəisi Qüdrət Şükürovla bağlı açıqlamalar verib.

    Millət vəkili açıqlamasında keçmiş məmurun 400 milyon yeyintiyə yol verməsinə görə Maliyyə Nazirliyini günahlandırıb.

    O deyib ki, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməsidir: "Deyilənə görə, 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var. Həmin nazirlik ildə ən azı iki dəfə Prezident Administrasiyasından tutmuş dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır. Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar”.

    7GUN.az xəbər verir ki, bununla bağlı müsavat.com-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli dövlətin nəzarət mexanizmlərinin olmasının vacibliyindən danışıb: "Nəzarət mexanizmi ən çox onun üçün vacibdir ki, büdcədən ayrılan vəsaitin doğru-düzgün xərclənməsinə nəzarət etsin. Bu işdə ən yetkili orqan Hesablama Palatasıdır. Qurum hər il büdcədən ayrılan vəsaitlərin doğru-düzgün xərclənməsi ilə bağlı arayışlar verir. Yoxlamaların nəticələri ictimaiyyətə açıq olmalıdır. Hesablama Palatası ictimaiyyətlə daha sıx işləməli və işində ciddi dönüş etməlidir. Siz jurnalistlərin fəaliyyəti nəticəsində dəfələrlə ”Bakı Lift-Təmir” İstehsalat Birliyinin işlərindəki problemlərlə, eləcə də, liftlərin düzgün işləməməsi, tez-tez qırılması ilə bağlı kifayət qədər məlumatlar oxumuşuq. Bunun barəsində saytlarda məlumat axtarmaq istəsək, qarşımıza onlarla məlumat çıxar. Hüquq mühafizə orqanları da buna ciddi reaksiya verməli idilər.

    Qüdrət Şükürovun beynəlxalq korrupsiya qalmaqallarında bu şəkildə adının hallanmasına imkan verilməməli idi. Maliyyə Nazirliyi və Hesablama Palatası bu xərcləmələrlə bağlı daha ciddi nəzarət həyata keçirməli idi. Hesablama Palatası açıqlama verməlidir ki, bu illər ərzində "Bakı Lift-Təmir” İstehsalat Birliyi ilə bağlı hər hansı bir rəy verib ya yox. Mətbuatı, gündəmi daim izləyən biri kimi yadıma gəlmir ki, bununla bağlı Maliyyə Nazirliyinin yaxud Hesablama Palatasının hər hansı bir arayışı olsun. Halbuki qanun bunu tələb edir ki, belə yoxlamalar aparılsın, nöqsanlar aşkar olunarsa, ciddi cəzalandırılmalar olsun. Təəssüflər olsun ki, Azərbaycanda cəzasızlıq mexanizmi var. Bu da daha çox cinayətlər törədir. Cəzasızlıq mühiti korrupsiya hallarının və büdcə vəsaitinin cinayət yolu ilə mənimsənilməsinin həcmini artırır”.


Xəbər lenti

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Şeyxin nəzir qutularının milyonları Karlovı-Varıya daşınır?

Cavid Qurbanovun “Topaz” triosu

“Bu dövrün sabahı qorxudur məni”

Hüquq müdafiəçisi Bütöv Azərbaycan Gənclər günü ilə əlaqədar çağrış etdi!-24 aprel

İqtidar sərbəst toplaşmaq azadlığını niyə təmin etmir?

Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin binası qarşısında etiraz aksiyası keçirilib

Şahmar İbadovun oğluna görə qanuna tüpürən hakim...

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!