“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

Şrift : |
Tarix :15-10-2018, 07:20
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 90 dəfə
Like :
Like :

    Xəbər verildiyi kimi, Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Mərhumun ailəsi baş verən hadisəyə görə əməliyyatı həyata keçirən “Modern Hospital” klinikasının həkimi Taryel Ömərovu günahlandırır.

    7GUN.az xəbər verir ki, Minval.info qalmaqallı məsələ ilə bağlı sözügedən xəstəxanayla əlaqə saxlayıb. Klinikanin ictimaiyyətlə əlaqələr şöbəsindən iddiaların əsassız olduğu bildirilib:

    “Hazırda məsələ ilə bağlı araşdırma gedir. İş istintaqdadır. İddiaçı şəxs heç bir əsası olmadan həkimdən müəyyən məbləğ tələb edib. Buna nail olmadığı üçün başlayıb mətbuatda yalan məlumatlar yaymağa”.

    Hospitaldandan həmçinin bildirilib ki, klinikanın rəyini almadan sözügedən informasıyanı dərc edən saytlar hamısı məhkəməyə veriləcək.

    “Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb. Buna əminik. Sadəcə, ekspertizanın rəyindən sonra ictiamiyyətə məsələ ilə bağlı açıqlama veriləcək”, – klinikadan bildirilib.

    Bu zaman biz hospitala Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi ilə tanış etdik. Belə ki, qurumun yaydığı məlumata görə, ölümün bilavasitə səbəbi orqanizmin ümumi intoksikasiyası (zəhərlənmə) olub:

    “Yaranın tikişi açılıb, mədə və bağırsaq möhtəviyyatı qarın boşluğuna tökülüb. Orqanizm bundan intoksikasiya verib və nəticədə şəxs ölüb. Orqanizmin ümumi intoksikasiyası ölümün bilavasitə səbəbidir”.

    Klinikadan isə qeyd edildi ki, əməliyyatdan sonra pasientə xüsusi pəhriz proqramı verildi və buna riayət olunması tapşırıldı.

    “Lakin o, istədiyi kimi qidalandığından tikişin açılması da böyük ehtimal bundan qaynaqlanır. Amma həmin ailə dediklərimizlə razılaşmır. Taryel həkim yüzlərlə insan üzərində mədə kiçiltmə əməliyyatını həyata keçirib, işində çox məsuliyyətlidir. Hətta onların arasında tanınmış şəxslər də yer alıb. Hər biri sağlamlıqlarına qovuşublar”.

    Hospitaldan eyni zamanda bildirildi ki, həkim Taryel Ömərov prokurorluğa dəvət olunub: “Lakin hansısa qərarla bağlı konkret açıqlama verilməyib”.


Xəbər lenti

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Fərhad Əliyevi, Heydər Babayevi, Ziya Məmmədovu, İsmət Abbasovu məğlub etmiş Kəmaləddin Heydərov da onların aqibətini yaşamaqdadır

"Rayonda təhsilin qənimi olan H.Cavadov şeytana “papış tikir”

“Cin çıxarma” faciə ilə nəticələnib

Namiq Zeynalov prezidentin sərəncamına hörmətsizlik edir?

12 noyabr Konstitusiya Günü kimi qeyd olunur

Jurnalist polisdən buraxılıb

XİN-in Azərbaycandakı səfirliyin bağlanmasına reaksiyası

Seymur Həzinin məktubları ünvan sahibinə çatmayıb

Onlar necə düşmən oldular?

Kolbasa onkoloji xəstəliklər yaradır?

Respublikada Bayraq günü qeyd olunur

ABŞ Azərbaycan və Ermənistanı gərginliyin azaldılması üzrə tədbirləri davan etdirməyə çağırıb

Göyçayda “Nar festivalı” üçün kütləvi pul yığıldığı bildirilir

Yolda təmizlik işləri aparan qadını avtobus vurub

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!