Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır


Badamdar qəsəbəsində sonuncu sürüşmə zonasında 11 evin sakinlərini köçürərək, bu evləri sökmək lazım gələcək.

Bu barədə bazar ertəsi juranlistlərlə söhbətində baş nazirin müavini və paytaxtın keçmiş meri Hacıbala Abutalıbov bildirib.

Bu zaman o, xüsusi olaraq vəziyyəti qiymətləndirmək üçün gəlmiş Yaponiya mütəxəssislərinin rəyinə istinad edib.

Abutalıbovun sözlərinə görə, evlərin sökülməsi və əhalinin köçürülməsi sürüşmə prosesləri zəiflədikdən sonra həyata keçiriləcək.

Sürüşmənin bərpa olmasının səbəblərinə toxunan Abutalıbov deyib ki, sözügedən zonada bir neçə quyu qazılıb.

"Onlardan çıxarılan su təhlil ediləcək, bu da sürüşmənin meydana çıxmasında kanalizasiya sularının rolu haqqında nəticə çıxarmağa imkan verir, - deyə o bildirib.

Sürüşmə oktyabrın 12-də fəallaşıb. Bu günə qədər böyük torpaq kütləsi "20-ci Sahə" və Badamdar qəsəbələrini birləşdirən avtomobil yoluna düşüb.

Mütəxəssislərin ilkin rəyinə görə, torpaq təbəqələrinin sürüşməsinə vahid kollektoru olmayan çirkab sular səbəb olub.

16-10-2018, 01:42