Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Şrift : |
Tarix :17-10-2018, 01:55
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 49 dəfə
Like :
Like :

    Bu gün vəkil Osman Kazımov 1 saylı Bakı Təcridxanasında Müsavat Partiyasının fəalı Azad Həsənov ilə görüşüb.

    O, böyük miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur. 7GUN.az xəbər verir ki, bu barədə Turan-a O.Kazımov bildirib.

    A.Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdədir. Ağır xəstə olan atasına baş çəkmək üçün oktyabrın 10-da Bakıya gəlib. Lakin elə həmin gün saxlanılıb.

    Oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 234.4.3-cü maddəsi (böyük miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb.

    Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirib.

    Vəkilin sözlərinə görə, A.Həsənovun səhhəti normaldır, hər hansı işgəncəyə məruz qalmayıb. Yalnız saxlayıb maşına oturdarkən fiziki güc tətbiq ediblər.

    Eyni zamanda Bakı Baş Polis İdarəsində ifadə verməkdən imtina edərkən ona hədə-qorxu gəıiblər.

    A.Həsənov vəkilə bildirib ki, narkotik maddəni onun cibinə qoyublar.

    "O, siqaret də çəkmir. Azad Həsənov narkotik maddədən uzaq adamdır. Məhkəmədə deyib ki, narkotik maddəni onun cibinə qoyublar. Azad Həsənov dövlətin təyin etdiyi vəkildən imtina edir. Lakin məhkəmə onun dediklərinə məhəl qoymayıb", - vəkil bildirib.

    Onun sözlərinə görə, polisdə A.Həsənova deyiblər ki, Facebook-dakı yazılarına görə həbs olunub.

    Lakin A.Həsənov bildirib ki, Facebook-da heç kimi təhqir etməyib, etik normalar çərçivəsində davranıb.

    Vəkil A.Həsənovun həbsilə bağlı apellyasiya şikayəti verib.


Xəbər lenti

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Fərhad Əliyevi, Heydər Babayevi, Ziya Məmmədovu, İsmət Abbasovu məğlub etmiş Kəmaləddin Heydərov da onların aqibətini yaşamaqdadır

"Rayonda təhsilin qənimi olan H.Cavadov şeytana “papış tikir”

“Cin çıxarma” faciə ilə nəticələnib

Namiq Zeynalov prezidentin sərəncamına hörmətsizlik edir?

12 noyabr Konstitusiya Günü kimi qeyd olunur

Jurnalist polisdən buraxılıb

XİN-in Azərbaycandakı səfirliyin bağlanmasına reaksiyası

Seymur Həzinin məktubları ünvan sahibinə çatmayıb

Onlar necə düşmən oldular?

Kolbasa onkoloji xəstəliklər yaradır?

Respublikada Bayraq günü qeyd olunur

ABŞ Azərbaycan və Ermənistanı gərginliyin azaldılması üzrə tədbirləri davan etdirməyə çağırıb

Göyçayda “Nar festivalı” üçün kütləvi pul yığıldığı bildirilir

Yolda təmizlik işləri aparan qadını avtobus vurub

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!