Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir


Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilir. 27 il öncə - 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqda Konstitusiya aktını qəbul edib.

Bu sənədlə Azərbaycan Respublikası bolşevik Rusiyasının işğalı nəticəsində süqut edən 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan olunub.

Konstitusiya aktına əsasən milli və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşlara tam bərabər hüquqluluq zəmanət verilir.

2006-cı ilə qədər 18 oktyabr bayramı qeyri-iş günü idi. Amma parlament qanunvericiliyə dəyişiklik edərək 18 oktyabr gününü bayram və qeyri-iş günü sırasından çıxarıb.

18-10-2018, 00:00