Rəşid Meredov Azərbaycana səfərə gəlib


Türkmənistan xarici işlər naziri Rəşid Meredov oktyabrın 18-də Azərbaycana səfərə gəlib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.

Məlumata görə, R.Meredov Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələrdə iştirak etmək məqsədilə Bakıya gəlib.

Məsləhətləşmələrin mövzusu açıqlanmır, amma, çox güman ki, söhbət Türkmənistanın regional nəqliyyat layihələrində iştirakdan gedə bilər. İlk növbədə bu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşulma və Transxəzər qaz kəmərinin həyata keçirilməsi, sonradan Cənub Qaz Dəhlizinə qoşulması perspektivləridir.

Bir müddət əvvəl rəsmi Aşqabad bu layihələrdə iştirak etməkdə maraqlı olduğu barədə aydın işarələr verib.

18-10-2018, 00:02