Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib


Cümə axşamı prezident İlham Əliyevin Türkmənistan XİN başçısı Rəşid Meredovla görüşündə Bakı və Aşqabad arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

Rəsmi məlumata görə Əliyev son illər bu mənada ciddi nailiyyətlər əldə edildiyini qeyd edib. Siyasi əlaqələrin yaxşılaşdırılması ilə yanaşı, energetika, nəqliyyat və s. istiqamətlərdə irəliləyiş var.

Qəbul üçün təşəkkür edən Meredov İlham Əliyevə Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədovun şəxsi məktubunu çatdırıb və onu Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təbrik edib.

18-10-2018, 00:05