Araz Ağalarovun hesabları qapadılıb


ABŞ-ın xüsusi prokuroru Robert Müllerin Araz Ağalarovun Crocus Group-na iradları ilə bağlı BuzzFeed nəşrinin yazısından 10 gün sonra şirkətin ABŞ-dakı hesabları qapadılıb.

Müller 2016-cı il iyunun 3-də Crocus Group Amerika ofisinə pul köçürmələri ilə maraqlanıb.

Xüsusi prokuror güman edir ki, bu pullardan rusiyalı vəkil Natalya Veselnitskayanın gələcək prezident Donald Trampın oğluna onun rəqibi Hillari Klintonla bağlı kompromat ötürdüyü zaman istifadə olunub.

Bu, Kremlin göstərişilə edilib. Belə ki, xüsusi prokuror hesab edir ki, Kreml Trampın prezident seçilməsində maraqlı olub.

Crocus Group-un rəhbəri, əslən azərbaycanlı sahibkar Araz Ağalarov bu ittihamları rədd edib. Onun vəkili Skott Balber bildirib ki, A.Ağalarovun Amerikada seçkilərə təsir göstərmək cəhdləri ilə heç bir əlaqəsi yoxdur.

/Turan.az/

20-10-2018, 22:39