“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar


[b]Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar.[b]

7GUN.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.

21-10-2018, 19:51