"Gömrük Komitəsinin 12 min manat rüşvət alan əməkdaşı işdən azad edildi"

Şrift : |
Tarix :31-10-2018, 00:11
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 71 dəfə
Like :
Like :

    Şimal Ərazi Baş Gömrük İdarəsi "Samur” gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən qulluq mövqeyindən sui-istifadə edib.

    Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən daxil olan xəbərə görə, o, "Toyota Camry” markalı M 720 OX 43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyasının vətəndaşı Fəqan Cavanşir oğlu Baxışzadəyə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu bildirərək vətəndaşı aldadıb.

    Davud Rövşən oğlu Qəhrəmanov həmin malın ölkə ərazisinə buraxılması müqabilində vətəndaşdan 1000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş verib, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürüb, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozub.

    Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Şimal Ərazi Baş Gömrük İdarəsi "Samur” gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

    qlobal.az


Xəbər lenti

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

"Criminalaz.com” saytına açılmış cinayət işinin istintaqı başa çatıb

Daha bir icra başçısı vəzifəsindən azad edildi

AİHM Azərbaycandan çıxışın qadağan edilməsi haqqında işlər üzrə qərarlar qəbul edib

Sergey Lavrov XİN Şurasının toplantısının keçirilməsilə əlaqədar Bakıya gəlir

“ƏXLAQSIZ VERLİŞLƏRƏ SON QOYULMASI ÜÇÜN tədbir görülməlidir” Aqil Mahmudov

Şəhid övladı olan aksiya iştirakçısı Toğrul Qocayevə 30 sutka həbs cəzası verilib

Rəqsanə İsmayılovanın mənzilini əlindən alınır!?

Qarabağ düyünü"ndən də ağır və mürəkkəb şəraitlə üzləşəcəklərini ağıllarına belə gətirməmişdilər

Əfqan Muxtarlının telefon danışıqlarının dinlənildiyi bildirilir

Heydər Əliyevin vəfatının 15-ci ildönümü tamam olur

AXCP üzvlərinin istintaqı başa çatıb

Nazirlər Kabineti qəbiristanlıqların salınması və idarə olunması qaydalarını təsdiqləyb

Ölkə prezidenti Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisini qəbul edib

Polislə şəhid ailələri arasında insident yaşanıb

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!