Haqqin.az "xoşagəlməz xəbərlər carçısı" reputasiyasını qazanıb

Şrift : |
Tarix :1-11-2018, 02:58
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 65 dəfə
Like :
Like :

    Son üç ildə Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti bütün göstəricilər üzrə pisləşməkdə davam edib.

    Hökumət özbaşına olaraq QHT-lərin fəaliyyətinə müdaxiləni, hüquq müdafıəçilərinin və siyasi fəalların təqib olunmasını, fəalların xaricə səfərlərinə qadağaların qoyulmasını və onların bank hesablarının dondurulmasını davam etdirir. Bu barədə USAİD-in dünyada vətəndaş cəmiyyəti strukturlarının davamlılıq indeksi barədə hesabatında deyilir.

    Hökumətin vətəndaş cəmiyyətinə belə yanaşması Azərbaycanın beynəlxalq qurumlarda iştirakına problemler yaratmaqda davam edib. 2017-ci ilin martında Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüslərindən (MSŞT) çıxdığını bəyan edib. Bundan öncə isə 2016-cı ilin oktyabrında vətəndaş cəmiyyətinə normal şərait yaratmağa qadir olmadığına görə MSŞT İdarə Heyətindən xaric edilib.

    Vətəndaş sektoruna əngəl törədən faktorlar arasında mənfi hüquqi mühit göstərilir. Son ildə bu mühit daha da sərtləşdirilib, maliyyə əməliyyatlarına və hüquqi xidmətlərə məhdudiyyətlər tətbiq edilib.

    2014-cü ildə bir neçə yerli və xarici QHT-yə qarşı qaldırılan "QHT işi" indiyədək bağlanmayıb, halbuki, qanun cinayət işlərinin on iki aydan çox açıq qalmasını qadağan edir.

    Hökumət öz tənqidçilərini təqib etmək və dindirmək üçün bu işdən istifadəni davam etdirib.

    Demək olar ki, bütün müstəqil QHT-lər daim izləndiklərini bildirirlər. Bəzi QHT və KİV nümayəndələri xarici səfərlərə qadağalarla üzləşir, onların çoxu (20-yə yaxın adam) hər dəfə sərhəddi keçərkən alçaldıcı axtarışa məruz qalır.

    Xarici qrantların alınmasına qadağa faktiki olaraq qüvvədə qalır. Çünki Ədliyyə Nazirliyi onları qeydiyyata almaqdan imtina edir.

    Üç il öncə Azərbaycanda xarici QHT-lərin qeydiyyatı qaydaları sərtləşdirilib. Bundan sonra çoxları Azərbaycanı tərk ediblər və qeydiyyatdan imtina səbəbilə geri qayıda bilmirlər.

    Son bir neçə ildə 50-dən çox beynəlxalq təşkilat öz ofislərini bağlayıb və USAİD və Avropa İttifaqının maliyyələşdirdiyi layihələri dayandırıb. Ona görə də Azərbaycanda QHT-lərin üçdə iki hissəsi öz fəaliyyətini dayandırıb, qalanları isə ancaq kağız üzərində mövcuddur.

    Dövlət maliyyələşməsi mahiyyətcə yerli QHT-lər üçün yeganə qrant mənbəyi sayılır. Lakin müstəqil QHT-lər dövlətdən maliyyə vəsaiti almır.

    Ölkədə söz azadlığının sərt məhdudlaşdırılması fonunda KİV də analoji durumdadır. KİV bir çox hallarda dövlət dəstəyindən asılıdır. Hökumət mükafatları, qrantları, medalları, hətta mənzillər də loyal KİV nümayəndələrinə verir ki, bu da mətbuat üzərində nəzarətin olduğunu göstərir.

    Tənqidçi KİV və ayrı-ayrı jurnalistlər təqiblərə məruz qalır, Qərb və ermənilərlə iş birliyində ittiham olunur, dövlətə xəyanətdə ittiham olunur, "beşinci kolon" adlandırılır.

    Bəzi hökumətynlü media, məsələn, haqqin.az "xoşagəlməz xəbərlər carçısı" reputasiyasını qazanıb. Çünki bir qayda olaraq, barəsində yazdığı fəallar sonradan bir neçə gün ərzində dindirməyə və məhkəmə təqiblərinə məruz qalır.

    Hökumət hüquq müdafiəçilərinə və fəallara, jurnalistlərə, əsasən də beynəlxalq birliklə əməkdaşlığı davam etdirənlərə təzyiq aləti kimi sosial mediada istifadə edir. Hakimiyyət onların akkauntlarını "sındıraraq" onlara qarşı trol ordusundan istifadə edir.

    Hesabat müəllifləri təhlilə yekun vuraraq Azərbaycanı vətəndaş cəmiyyətinin vəziyyətinə görə MDB ölkələri arasında sonuncu yerə qoyublar.

    /Turan.az/


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!