İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb


Azərbaycan prezidenti İlham Əliyev bu gün Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Redaksiya Heyətinin sədri olaraq dövlət başçısı özü təsdiq edilib.

Sədrin birinci müavini vəzifəsinə Prezident Administrasiyasının yeni rəhbəri Ramiz Mehdiyev, müavinləri vəzifəsinə Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və Yazıçılar İttifaqının sədri Anar Rzayev təyin edilib.

Milli Ensiklopediyanın baş redaktoru vəzifəsinə AMEA prezidenti Akif Əlizadə təsdiq edilib. Məsul katib vəzifəsinə AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" elmi mərkəzinin direktoru Tofiq Nağıyev təyin edilib.

Ümumilikdə Redaktorlar Heyəti 45 nəfərdən ibarətdir

1-11-2018, 03:25