"Qarabağla bağlı danışıqlar şəffaf aparılır, bütün tədbirlər KİV vasitəsilə təfsilatı ilə işıqlandırılır"Bakı Meriyası


Bakı meriyası "Qarabağ" ictimai komitəsinin işğal edilmiş ərazilərin azad edilməsi üzrə qətiyyətli tədbirlər görmək tələbi ilə mitinq keçirməsinə icazə verməkdən imtina edib. Şəhər administrasiyası noyabrın 24-də mitinq keçirilməsini məqsədəuyğun hesab etməyib.

"Qarabağla bağlı danışıqlar şəffaf aparılır, bütün tədbirlər KİV vasitəsilə təfsilatı ilə işıqlandırılır", deyə meriyanın cavabında bildirilir.

Xatırladaq ki, sentyabrın 29-da "Qarabağ" komitəsi "Qarabağa azadlıq" şüarı ilə mitinq keçirib, hakimiyyətdən bu istiqamətdə qətiyyətli tədbirlər görməyi tələb edib.

"Qarabağ" komitəsi bu ilin yayında 17 ictimai təşkilatın - Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi Partiyası, Milliyyətçi Hərəkat, Vətəndaş Həmrəyliyi, İslam, Milli Demokrat Partiyalarının və digər təşkilatların iştirakı ilə təsis edilib.

1-11-2018, 03:48