Himn “Azərbaycan Cümhuriyyət dövrünün yadigarı”dır -Sabir Rüstəmxanlı

Şrift : |
Tarix :2-11-2018, 02:04
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 470 dəfə
Like :
Like :

    Millət vəkili Tahir Kərimli Azərbaycan himninin uzunluğundan və yorucu olmasından gileylənib. O deyib ki, digər himnlər 2-2.5 dəqiqə olduğu halda, Azərbaycanın dövlət himni 4 dəqiqədir: “Azərbaycan himni minor janrındadır, mərsiyə deyil axı...”

    Qeyd edək ki, millət vəkili himnlə bağlı bu sözləri Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı deyib.

    Deputat bildirib ki, dəfələrlə himni azaltmaqla bağlı təkliflər edilib. Tahir Kərimli xatırladıb ki, Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himinini hazırlayıb və o, indikindən daha nikbin idi: ”Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.

    7GUN.az xəbər verir ki, məsələ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eks-millət vəkili Sabir Rüstəmxanlı Cebhe.info-ya açıqlamasında himni “Azərbaycan Cümhuriyyət dövrünün yadigarı” adlandırıb: “Bu səbəbdən o dövrün atributları bizə doğmadır, onları qoruyuruq. Amma müəyyən məclislər üçün Azərbaycan himninin qısa variantını hazırlamaq olar. Ümumiyyətlə isə himni dəyişməyə ehtiyac yoxdur. Nə musiqisini, nə də sözlərini...”

    Sabir Rüstəmxanlı himnin mərsiyə üslubunda olmadığını bildirib: “Səhərdən axşama qədər televiziyalarımız muğamatı mərsiyə kimi oxuyanlar, İran ağzı ilə ifa edənlər və meyxanalarla doludur . Onun qayğısına qalmaq lazımdır”.


Xəbər lenti

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

"Mən iki gələcək əsgər böyüdürəm, onlara nə deyəcəm?" -Aksiya iştirakçısı

Məhkum aclıq aksiyasına qərar verdi

"RUN GROUP" MMC-in "dəmir ledisi"

KXCP üzvləri sədrin istefasını tələb edir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!