Məhkəmə Zamirə Hacıyevanın zinət əşyalarına həbs qoyub

Şrift : |
Tarix :5-11-2018, 00:05
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 32 dəfə
Like :
Like :

    Britaniya hakimiyyəti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin xanımı Zamirə Hacıyevanın zinət əşyalarına həbs qoyub və onun Londonda ümumi dəyəri 22 mln. funta (28,5 mln. dollar) daşınmaz əmlak almaq üçün pulu haradan aldığını açıqlamasını tələb edir.

    Götürülmüş daş-qaş Chrisitie's hərrac evində dəyərləndirilib. Daily Telegraph bildirib ki, onları hərraca çıxarmaq istəyiblər.

    Z.Hacıyeva Britaniyada ilk xarici vətəndaşdır ki, Cinaytkarlığa Qarşı Mübarizə üzrə Milli Agentlik ondan sərvətinin mənbəyinin açıqlanmasını tələb edib. O, izaholunmaz dəbdəbəli həyat tərzi ilə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin həyat yoldaşı 22 mln. funt dəyərində daşınmaz əmlak alıb və Harrods univermağında 16 mln. funt xərcləyib.

    O həmçinin Askotda dəyəri 10 mln. funta yaxın (13 mln. dollar) qolf-klubun sahibidir.

    2018-ci ildə Britaniya 50 min funtdan çox (65 min dollar) aktivlərə malik əcnəbilərin mənşəyi məlum olmayan əmlakı ilə bağlı sorğu göndərmək hüququ əldə edib. Söhbət ilk növbədə cinayətkar fəaliyyətdə şübhəli bilinənlərdən, həmçinin Avropa iqtisadi zonasına daxil olmayan ölkələrdən olan nüfuzlu siyasi fiqurlardan gedir.

    Z.Hacıyeva təkid edir ki, bütün vəsaiti qanuni yolla əldə edib. O, NCA araşdırmasının dayandırılması üçün məhkəməyə müraciət edib. Lakin bu həftə məlum olub ki NCA 50-yə yaxın bahalı zərgərlik məmulatına həbs qoyub. Məmulatlar Chrisitie's-də dəyərləndirilib.

    Onların arasında sapfir və rubindən ibarət boyunbağı (Boucheron, 120 min funt sterlinq (156 min dollar), perlamutr boyunbağı (Van Cleef & Arpels, 20 min funt) var. Daş-qaşlar Hacıyevlərin qızı Leyla Mahmudovanın xahişilə qiymətləndirmədən keçib.

    NCA bildirir ki, həmin zərgərlik məmulatlarını müvəqqəti olaraq müsadirə edib, çünki hesab edir ki, onların haradan, hansı pulla alındığını araşdırmaq lazımdır. Vestminster Şəhər Məhkəməsi qərara alıb ki, pulların mənşəyinin araşdırılması çərçivəsində NCA daş-qaşı yarım il ərzində özündə saxlaya bilər.

    Əgər zinət əşyalarının və daşınmaz əmlakın sahibi kapitalın qanuni mənşəyini hərtərəfli və inandırıcı şəkildə sübut edə bilməsə London Ali Məhkəməsi onları müsadirə edə bilər.

    Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev 2015-ci ildə mənimsəmə, oğurluq və dələduzluq ittihamı ilə 15 il azadlıqdan məhrum edilib. O, bir neçə yüz milyon dolları mənimsəməkdə ittiham olunur.
    Turan.az


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!