Zaur Rövşənlinin saxlanıldığı bildirilir


D18 Hərəkatının İdarə Heyəti üzvü Zaur Rövşənlinin noyabrın 7-də saxlanıldığı bildirilir.

7GUN.Az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna hərəkatın rəhbəri Ruslan İzzətli bildirib.

Onun sözlərinə görə, noyabrın 8-də Z.Rövşənli Nizami rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edilib. Gənc fəal İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanunu tələbinə tabe olmamaq) təqsirlıi bilinib.

"Zaur Rövşənli noyabrın 7-də Koroğlu metrosunun yaxınlığında saxlanılıb. Dövlət Yol Polisi bildirib ki, Z.Rövşənli onun tələbinə tabe olmayıb. Zaur isə deyir ki, polis onu təhqir edib. Məhkəməyə hal şahidləri də gətirdilər və 10 sutka həbs qəraraı çıxarıldı", İzzətli qeyd edib.

O məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

D-18 Hərəkati 2014-cü ildə yaradılıb.

Hərəkat ölkədə demokrqatik cəmiyyət qurulmasını prioritet hesab edir.

8-11-2018, 02:27