XİN-in Azərbaycandakı səfirliyin bağlanmasına reaksiyası


Azərbaycan XİN Norveçin Bakıdakı səfirliyinin bağlanması barədə bu ölkə hökumətinin qərarından təəssüfləndiyini bildirib.

Norveç səfirliyinin bağlanması təəssüf doğurur, lakin Norveç hökumətinin qərarı belədir, Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri vəzifəsinin icraçısı Leyla Abdullayeva bildirib.

Azərbaycanlı diplomat qeyd edib ki, "Azərbaycan və Norveçi hərtərəfli, isti münasibətlər birləşdirir. "Bu ölkənin iri energetika şirkəti "Equinor" (bundan öncə "Statoil" adlanıb) Azərbaycanda "Əsrin müqaviləsi"nin ilk iştirakçılarından olub", - o bildirib.

Azərbaycan və Norveç müxtəlif sahələrdə çoxsaylı və faydalı ikitərəfli layihələr həyata keçiriblər.

Azərbaycan tərəfinin məlumatına görə, Norveç konsulluq fəaliyyəti vasitəsilə Azərbaycanda öz nümayəndəliyini saxlamaq istəyir. "Bunun fəxri və ya diplomatik konsulluq kimi fəaliyyət göstərəcəyi hələlik dəqiq məlum deyil", - L.Abdullayeva qeyd edib.

Eyni zamanda o, cavab tədbiri kimi Bakının İsveçdə, Norveç və Finlandiyada birgə səfirliyini bağlamaq niyyəti barədə məlumatları təkzib edib.

"Əksinə, Azərbaycanın yürütdüyü aktiv xarici siyasəti və beynəlxalq birlik tərəfindən artan hörməti nəzərə alaraq, biz xarici nümayəndəliklərin sayını daha da artırmaq niyyətindəyik", - L.Abdullayeva vurğulayıb.

Ötən gün Norveç XİN 2019-cu ildə Bakıdakı səfirliyin bağlanacağını və gələcəkdə iki ölkə arasında münasibətlərin Ankara səfirliyi vasitəsilə həyata keçiriləcəyini bildirib.

Eyni zamanda Oslo Gürcüstanda səfirliyin açılması barədə qərar qəbul edib.

10-11-2018, 10:05