"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şrift : |
Tarix :13-11-2018, 04:19
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 305 dəfə
Like :
Like :

    Elxan Şahinoğlu: ''Bəlkə ehtiyat edirsiniz ki, Rusiyada kimlərsə Bakı Dövlət Universitetində ''Qolodomor''a dair konfransın keçirilməsinə etiraz edər?''

    Ukraynanın Azərbaycandakı səfirliyi noyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) 1932-1933-cü illərdə aclığa məhkum edilən milyonlarla ukraynalının ("Qolodomor”) xatirəsinə həsr olunmuş dəyirmi masa keçirməyi planlaşdırsa da, tədbir təxirə salınıb.

    Bu barədə məlumatı "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu "Facebook” səhifəsində paylaşıb.

    Onun sözlərinə görə, tədbirə Ukraynadan məruzəçi də dəvət olunub. Ancaq dəyirmi masaya bir neçə gün qalmış Bakı Dövlət Universiteti tədbiri keçirməkdən imtina edib.

    "Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək”, - Elxan Şahinoğlu yazıb.

    E.Şahinoğlu universitetin mövqeyini Rusiya amili ilə bağlayıb: "Ukraynada "Qolodomor” illərində 4 ilə 7 milyon insan arasında insan həlak olub. Bu, Stalin rejiminin repressiyasıdır. "Qolodomor” olaylarını bütün dünya bilir və qəbul edir. Bunu Stalin rejimi edib, o rejim ki, məmləkətimizin də minlərlə tanınmış insanını ölümə məhkum edib. Yəni Stalinin etdiklərinin indiki Rusiya hakimiyyəti ilə əlaqəsi yoxdur. Belə isə nədən və kimdən qorxursunuz? Bəlkə ehtiyat edirsiniz ki, Rusiyada kimlərsə Bakı Dövlət Universitetində "Qolodomor”a dair konfransın keçirilməsinə etiraz edər? Bəs bir gün Ukrayna hakimiyyəti Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbiri təxirə salsa və ya bizim qan yaramız olan hadisəyə etinasız yanaşsa, nə deyəcəyik, necə reaksiya verəcəyik? Bu haqda düşündünüzmü?”

    7GUN.az xəbər verir ki, BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə Meydan TV-yə deyib ki, universitetə səfirlikdən məktub daxil olsa da, hər hansı razılaşma olmayıb:

    "Sadəcə, noyabrın 15-də universitetdə tədbirlərin keçirilməsi səbəbindən həmin dəyirmi masanın başqa vaxta keçirilməsi məsələsi gündəmdə olub. Yəni biz razılıq verib sonra tədbirdən imtina etməmişik, cədvəl səbəbindən həmin gün alınmayıb”.

    P.İbrahimova növbəti günlərdə belə bir tədbirin keçirilməsinin mümkünlüyünü vurğulayıb.

    /Meydan Tv/


Xəbər lenti

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Şeyxin nəzir qutularının milyonları Karlovı-Varıya daşınır?

Cavid Qurbanovun “Topaz” triosu

“Bu dövrün sabahı qorxudur məni”

Hüquq müdafiəçisi Bütöv Azərbaycan Gənclər günü ilə əlaqədar çağrış etdi!-24 aprel

İqtidar sərbəst toplaşmaq azadlığını niyə təmin etmir?

Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin binası qarşısında etiraz aksiyası keçirilib

Şahmar İbadovun oğluna görə qanuna tüpürən hakim...

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!