BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)


Bəzi KİV mənbəyə istinad etmədən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun gözlənilmədən işdən azad edilməsinin səbəblərini açıqlayıb.

Əsasən bildirilir ki, A.Məhərrəmov noyabrın əvvəlində İspaniyada beynəlxalq konfransda olarkən sərxoş vəziyyətdə tədbirin keçirildiyi oteldə qalmaqal salıb. O, nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatlarından biriylə dalaşıb.

Həmçinin deyilir k, nümayəndə heyətinin olduğu təyyarə 2 saat yubanıb. Çünki ona A.Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfirinə məxsus şərab yükləyiblər.

Nə rəsmi mənbələr bu yazıları şərh edirlər, nə də A.Məhərrəmovun özü.



2018 Noyabr 15 (Cümə axşamı) 17:55:24

Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib

Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 15-də Abel Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad edilib.

Bunun səbəbləri açıqlanmır. Lakin görünür, A.Məhərrəmov üçün bu qərar tamamilə gözlənilməz olub. Belə ki, ötən gün o, BDU Elmi Şurasının iclasını keçirib, 2019-cu ildə universitetin 100 illiyinin qeyd olunmasına dair məsələləri mükirə edb.

A.Məhərrəmov BDU-nun tarixində ən populyar olmayan rektorlardan biridir. Alimlər, tələbələr arasında o qədər də nüfuza malik deyildi. Ən çox "təsərrüfatçı" reputasiyasına malik idi.

A.Məhərrəmov universitetdə mühafizəçi ilə gəzirdi. Onun dövründə universitetdə tələbələrin fəaliyyətinə sərt nəzarət tətbiq edilmişdi.

2005-ci ildə parlament seçkilərinin nəticələrinə etiraz aksiyalarında iştiraka görə bir neçə tələbəni universitetdən xaric etmişdi.

16-11-2018, 00:21