Prezident Türkiyə Baş Qərargah rəisini qəbul edib


Çərşənbə axşamı dövlət başçısı İlham Əliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Yaşar Güləni qəbul edib.

Söhbət zamanı İ.Əliyev birgə hərbi təlimlərin və Bakı ilə Ankara arasında hərbi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Cavab sözündə Y.Gülər qeyd edib ki, Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyinə böyük önəm verir.

Bu gün Y.Gülər Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Nəcməddin Sadıqov ilə görüşüb.

N.Sadıqov regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan cəbhə xəttində durum barədə Türkiyə tərəfinə bilgi verib", - Müdafiə Nazirliyinin məlumatında deyilir.

Y.Gülər Azərbaycan və Türkiyə arasında səmərəli əməkdaşlığın səviyyəsindən razı qaldığını bildirib. O, müxtəlif qoşun növlərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsinin vacibliyini qeyd edib.

20-11-2018, 01:20