Turan agentliyinin iddiası üzrə məhkəmə iclası baş tutmayıb


İnzibati-İqtisad Məhkəməsi Turan İnformasiya Agentliyinin Nazirlər Kabinetinə qarşı iddiası üzrə məhkəmə dinləmələrini pozub. Noyabrın 14-nə təyin edilmiş məhkəmə iclası haqda bildiriş agentliyə noyabrın 19-da daxil olub. 2018-cı il 25 oktyabr tarixli sənədi hakim Elçin Məmmədov imzalayıb. Zərfin üzərindəki möhür və şərhlər onun məhkəmə binasından agentliyin ofisinə qədər olduğu yolu göstərir. Məsafə 1,2 km.dir.

Beləliklə, hakim bildirişi oktyabrın 25-də imzalayıb. Məktub 1022 saylı poçtdan çıxaraq altı gün sonra noyabrın 3-də 1014 saylı poçta daxil olub. Bu nömrə məhkəmə tərəfindən yalnış göstərilib, məktub 1010 saylı poçta göndərilməliydi. Noyabrın 14-də 1014 saylı poçt məktubu 1010 saylı poçta göndərib ki, buraya da noyabrın 17-də çatıb, məhkəmə iclasının keçirilməsindən 3 gün sonra.

Bunu mümkün səhv hesab etmək olardı, əgər aşağıdakı suallar yaranmasaydı.

1.Niyə məhkəmə elektron bildiriş göndərməyib?

2.Niyə məhkəmə SMS göndərməyib?

3.Məhkəmə iddiaçının iştirakı olmadan agentliyin idiasını təmin etmədi?

4.Niyə 1014 saylı poçt məktubu 1010 saylı poçta noyabrın 14-də məhkəmə iclası günündə göndərib?

Turan agentliyinin təcrübəsi göstərir ki, məhkəmələr bu cür məsələlərə baxarkən dövlət qurumlarının tərəfini tuturlar. Məsələn, 2016-2017-ci illərdə "Azərsu" Dövlət Şirkətinə ünvanlanan 5 suala cavab alınması üçün 11 məhkəmə dinləməsi keçirilib. Digərləri isə müxtəlif bəhanələrlə təmin olunmayıb. Üstəlik, informasiya sorğularını cavablandırmaqdan imtinaya görə məsuliyyət qanunvericiliklə sərtləşdirilib.

Turan məhkəmənin rəsmi qərarını aldıqdan sonra iddianın təmin olunmasından imtina haqda qərarı mübahisələndirmək niyyətindədir.

İddia informasiya azadlığı haqqında qanuna uyğun olaraq və Nazirlər Kabinetinin agentliyin informasiya sorğusuna cavab almaq hüququnu pozması ilə əlaqədar qaldırılıb. İnformasiya sorğusu "Sumqayıtda şəhid ailəsinin mənzilini Qubadlı qaçqınları tutub" məqaləsinin əsasında verilib. Məqalə sentyabrın 19-da agentliyin saytında dərc edilib.

http://www.turan.az/ext/news/2018/9/free/Social/ru/75167.htm

İnformasiya sorğusunda iki məsələ qoyulub: Nazirlər Kabineti yaranmış vəziyyətlə əlaqədar hansı tədbirləri görmək niyyətindədir, həmçinin Nazirlər Kabineti şəhid ailəsinə mənzil ayıraraq onun hüququn bərpa edə bilərmi?

Bu məsələ ilə bağlı Qaçqınlar və Məcburli Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddialar qaldırılıb.

Digər informasiya sorğularına cavabdan imtina edilməsilə əlaqədar Təhsil Nazirliyinə, "Azərsu" Dövlət Şirkətinə qarşı iddialar qaldırılıb.

Turan agentliyinin iddiası üzrə məhkəmə iclası baş tutmayıb
Turan agentliyinin iddiası üzrə məhkəmə iclası baş tutmayıb
Turan agentliyinin iddiası üzrə məhkəmə iclası baş tutmayıb
Turan agentliyinin iddiası üzrə məhkəmə iclası baş tutmayıb
Turan agentliyinin iddiası üzrə məhkəmə iclası baş tutmayıb
Turan agentliyinin iddiası üzrə məhkəmə iclası baş tutmayıb

21-11-2018, 07:10