Prezidentlər İlham Əliyev və Qurbanqulu Berdımuhammedov danışıqların yekunlarından razıdır


Noyabrın 22-də Aşqabadda ikitərəfli sənədlər imzalandıqdan sonra Türkmənistan və Azərbaycan prezidentləri mətbuat üçün bəyanatla çıxış ediblər.

Q.Berdımuhammedov deyib ki, iki ölkənin mövqeyi bir çox məsələdə üst-üstə düşür, tərəflər BMT-də və digər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi və addımların koordinasiyasını davam etdirəcəklər.

Tərəflər Xəzərdə mehriban qonşuluq, hüquq bərabərliyi, qarşılıqlı hörmət, Xəzəryanı dövlətlərin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan sıx qarşılıq əməkdaşlığa sadiq olduqlarını bildiriblər.

"Türkmənistan və Azərbaycan arasında Xəzər məsələləri ilə bağlı əməkdaşlıq effektiv, qarşılıqlı faydalı ticarət-iqtisadi tərəfdaşlığın, iri infrastruktur layihələrin reallaşmasının, ekoloji balansın təminatının rəhnidir", - Türkmənistan başçısı vurğulayıb.

Tərəflər iki ölkənin ərazilə Şərq-Qərb xətti üzrə nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində sıx əməkdaşlıq və səylərin koordinasiyası barədə razılığa gəliblər. Bu məsələdə Xəzərdə iki ölkənin limanı - Türkmənbaşı və Bakı /Ələt limanları mühüm rol oynayır.

Prioritet istiqamətlər sırasında energetika, nəqliyyat və kommunikasiya, aqrar sənaye kompleksi, kimya və toxuculuq sənayesi, tikinti, texnologiya, xidmət və digər sahələr seçilib, o bildirib.

Öz növbəsində prezident İlham Əliyev qeyd edib ki, indiki səfər iki ölkə arasındakı münasibətlərdə xüsusi yer tutacaq.

"20-dən çox sənəd imzalanıb. Bu, bizim münasibətlərin, bir-birimizə olan qardaş münasibətin göstərisicidir. Yalnız yaxın ölkə ilə belə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq etmək olar", - İ.Əliyev vurğulayıb.

O, Azərbaycanın ölkələr arasında əmtəə dövriyyəsini artırmağa, Azərbaycandan Türkmənistana və əksinə ixracın artırılmasına hazır olduğunu bildirib.

"Müasir infrastruktur, nəqliyyat sektoruna böyük investisiyalar iş üçün yaxşı şərait yaradır. Biz, sözsüz ki, ölkələrimiz arasında Şərq-Qərb, Qərb -Şərq marşrutu üzrə artan tranziti görürük", - İ.Əliyev vurğulayıb.

22-11-2018, 03:16