BÖLMƏLƏR


«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər təklif olunur

14
  • + A
  • - A
  • "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər təklif olunur
    "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər təklif olunur
    Bu təklifi Milli Məclinin bu gün, iyunun 12-də keçirilmiş iclasında hakim Yeni Azərbaycan Partiyasısı (YAP) katibinin müavini, parlamentin ictimai birlilər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.
    "Artıq vaxt yetişib ki, "Siyasi partiyalar haqqında" qanuna bir çox çox maddələr üzrə dəyişiklik edək", deyən S.Novruzova görə, qanunda siyasi partiyaların fəaliyyəti yüksək səviyyədə təsbit olunsa da, qanunun 8-ci maddəsi kimlərin partiya üzvü olmasına bəzi maneələr yaradır.
    Həmin maddəyə yenidən baxmağı təklif edən S.Novruzov qanunun maliyyə orqanları nümayəndələrinin siyasi partiya üzvü olmasına qadağa qoyması doğru hesab etmədiyini söyləyib. Komitə sədri hesab edir ki, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə siyasi partiya üzvü olması ilə bağlı qadağa qoyulmamalıdır.
    " Onlar hansısa partiyanın üzvü olsa, nə baş verəcək ki? Bu qadağalar dəyişməlidir", o, deyib.
    "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib. Həmin vaxtdan bəri qanuna 58 dəfə dəyişiklik edilib.
    "Siyasi partiyalar haqqında" qanunun 8-ci maddəsi siyasi partiyalara üzvlük məsələlərini tənzimləyir.
    Həmin maddəyə görə, heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
    Qanun məhkəmə sədrlərinə, sədr müavinləri və hakimlərə, ombudsmana, hərbi qulluqçulara, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqan-larının, dövlət mətbuatı orqanlarının işçilərinə siyasi partiya üzvü olmagı qadağan edir.
    İctimai televiziyanın Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri də siyasi partiyalara üzvü ola bilməzlər.