Prezident İlham Əliyev ABŞ-ın din xadimlərini qəbul edib


Bazar ertəsi prezident İlham Əliyev ABŞ-ın din xadimləri ravvin Abraham Kuperi və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edib, dövlət başçısının saytı məlumat verib.

Kuper Azərbaycanda bütün dini icmaların, o cümlədən yəhudi icmasının dinc fəaliyyəti üçün yüksək şəraitin yaradıldığını məmnunluqla qeyd edib.

l.Əliyev Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələrinin tarixən dinc yanaşı yaşadığını qeyd edərək, bu ənənələrin çoxəsrlik tarixə malik olduğunu bildirib.

O ümidvar olduğunu bildirib ki, bu səfər əməkdaşlığın və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsi işinə xidmət edəcək.

26-11-2018, 00:00