“Dövləti və prezidenti aldadırlar”?

Şrift : |
Tarix :3-12-2018, 01:28
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 25 dəfə
Like :
Like :

    “Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar”. Bu fikirlər “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun öz “facebook” səhifəsindən yaydığı açıqlamadan götürülüb.

    7GUN.az “AzPolitika.info”ya istinadla bildirir ki, baş redaktorun bəhs etdiyi biabırçılıq isə Ankarada baş verib. R.Arifoğlunun açıqlamasından belə məlum olur ki, kimlərsə növbəti dəfə pul “yumaq” üçün bir qrup media nümayəndəsini beynəlxalq konfrans adı ilə Ankaraya aparıb. Tədbirin keçirildiyi zalda isə demək olar ki, Bakıdan gedənlərdən savayı heç kim olmayıb. Yəni, özləri deyib, özləri eşidiblər. Rauf Arifoğlu da haqlı olaraq sual edir ki, yalnız Azərbaycan mediasının nümayəndələrinin iştirak etdiyi bir tədbirin Bakıda deyil, Ankarada keçirilməsi kimlərin planı olub və nəyə xidmət edib?

    Baş redaktor həmin açıqlamasında bildirir:

    “Ankarada bizi bir tədbirə apardılar. Nəymiş, əfəndim?
    “Türkiyə – Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda konfrans idi.
    Təşkilatçılara bir baxın: AK Parti iqtidarına bağlı olan Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vəqfi! Onlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)!
    Mövzu və təşkilatçıların adları möhtəşəm, tədbir biabırçı. Zal bomboş, Türkiyə mediası yox!
    Bakıdan gedən 15 media rəhbərini bəlkə də zalı bir az da olsun, dolu göstərmək üçün dəvət etmişdilər. Bizdən başqa zalda 10-12 adam olardı…
    Təsəvvür edin, Musa Qasımlı danışır, bizsə onu dinləmək zorunda idik…
    İşgəncə kimi bir şey…
    Kimi aldadırıq? Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM-çı Cavid Vəliyevi dinləməliyəm?
    O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır!
    SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar.
    Və bizə də bir üzr borcludurlar…
    Fotolarda: zal, konfrans və biz..”

    Sonda qeyd edək ki, bu cür oyuncaq konfransların keçirilməsinin məqsədi əslində məlumdur: iş gördükləri görüntüsü yaratmaq və pul “yumaq”! Ancaq bu işlərə artıq Azərbaycan mətbuatının tanınmış nümayəndələrinin, ölkənin aparıcı media orqanlarının baş redaktorlarının alət edilməsi təəccüb və təəssüf doğurur. Görün mediamız nə günə qalıb ki, artıq hər yerindən duran onun tanınmış simalarını belə öz çirkli oyunlarına alət etməkdən çəkinmir. Üzücü və düşündürücüdür!


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!