Laura Kuperin Azərbaycana səfərinin yekunları haqqında


ABŞ-ın müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperin dekabrın 4-6-da Azərbaycana səfəri zamanı ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Pentaqonun press-relizində deyilir ki, o, prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşlər keçirib, ikitərəfli müdafiə əməkdaşlığı məsələlərini müzakirə edib.

"Amerika Birləşmiş Ştatlarının müttəfiqləri ilə münasibətləri gücləndirməyə, tərəfdaşdıq əlaqələrinin möhkəmləndirməyə və vəzifələri paylaşmağa çalışdığımız zaman Azərbaycana bizim iki dövlət arasında olan əlaqələrin dərinləşməsi üçün göstərdiyi sadiqliyə görə minnətdarlıq bildirirəm", deyə Kuper bildirib.

O, həmçinin Avropa və Asiya arasında strateji mövqeydə yerləşən Azərbaycana terrorizmə qarşı aparılan mübarizədə göstərdiyi vacib tərəfdaşlığa görə təşəkkür bildirib. Birləşmiş Ştatlar Azərbaycanın NATO-un Əfqanıstandakı missiyasına verdiyi uzun müddətli töhfələrini qiymətləndirir.

Azərbaycanın üzləşdiyi çağırışlar barədə danışarkən müdafiə katibinin köməkçisinin müavini Kuper qeyd edib: "Azərbaycan mürəkkəb bir məkanda yerləşir. Bu yaxında biz Russiya tərəfindən Ukraynada beynəlxalq qanunu pozaraq Kerç Boğazından keçən su nəqiliyyatına qarşı etdiyi qanunsuz və əsassız təcavüsün sahidi olduq. Ukrayna qəmilərinin evə qayıtdığı zaman beynəlxalq sularda hücuma məruz qalması Birləşmiş Ştatları dərindən narahat edir".

Kuper Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsinin və onların transmilli təhlükələrə, o cümlədən terrorizmə, narkotiklərin və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə dəyərlərinə sadiqliyinin əhəmiyyətini qeyd edib.

Pentaqon nümayəndəsi ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə bağlı öhdəliyini yenidən təkrarlamış və münaqişənin həllinin güc və təhdidlərdən istifadə olunmaması, ərazi bütövlüyü, və insanların müqəddaratını müəyyən etmə hüququ da daxil olmaqla, Helsinki Yekun Aktına əsaslanmasını vurğulayıb.

Turan

7-12-2018, 02:59