Həsən Quliyev layihəyə ayrılmış pulla Bakıda özünə villa tikdirib?

Şrift : |
Tarix :7-12-2018, 03:15
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 471 dəfə
Like :
Like :

    "Fair Group" tikinti şirkəti "Xəzər Waterfront" layihəsindən kənarlaşdırılıb.

    7GUN.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, buna səbəb ayrılan pulun şirkət rəhbərliyi tərəfindən mənimsənilməsi və verilən işin vaxtında başa çatdırılmaması olub.

    Saytın yazdığına görə, şirkətin rəhbəri Həsən Quliyev layihə üçün ayrılan yarım milyon manatın 300 mini ilə özünə Bakı ətrafında villa tikdirib və lüks avtomobil alıb. Qalan pulla isə işçilər toplanılsa da, şirkət işi yarımçıq icra edib.

    "Fair Group" layihədən uzaqlaşdırıldığı üçün 40-dan çox fəhlə də işini itirib. 2 aydır maaşlarını ala bilməyən fəhlələr işdən çıxarıldıqdan sonra əmək haqqılarının bir hissəsini alsalar da, 1 ayın pulu (ümumilikdə təxminən 30 min manat) hələ də verilməyib.

    Fəhlələrdən birinin sözlərinə görə, "Fair Group"un müdir köməkçisi Faiq Vəliyev yalançı vədlərlə onları aldadır və maaşın bu gün, sabah köçürüləcəyini deyərək, fəhlələri get-gələ salır.

    Fəhlələr məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət ediblər. Şirkət isə ittihamları rədd edir.

    Maraqlıdır ki, paytaxtın ən böyük layihələrindən biri olan "Xəzər Waterfront"da işləri yarımçıq qoyan "Fair Group" şirkəti "Ağ şəhər"də də bir layihəni icra edir.


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!