AİHM Azərbaycandan çıxışın qadağan edilməsi haqqında işlər üzrə qərarlar qəbul edib

Şrift : |
Tarix :13-12-2018, 09:12
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 512 dəfə
Like :
Like :

    Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ölkədən çıxışı qadağan edilmiş 11 Azərbaycan vətəndaşının - hüquqşünas və jurnalistlərin işi üzrə qərarını elan edib. AİHM ərizəçilərin Avropa İnsan hüquqları Konvensiyasının 13-cü (səmərəli hüquqi müdafiə), habelə bu sənədin 4 saylı Protokolunun 2-ci (hərəkət etmə azadlığı) maddəsində zəmanət verilmiş hüquqlarının pozulduğunu hesab edib.

    AİHM şikayətçilərin hər birinə 5 min avro mənəvi təzminat ödənilməsinə qərar verilib. Məhkəmə xərclərinə görə isə şikayətçilərə 1000 avro ödənilməlidir. Kompensasiyanın ümumi məbləği 64 min avrodur.

    Ərizəçilər arasında jurnalistlər və hüquqşünaslarla yanaşı, REAL Partiyasının Məclis üzvü Azər Qasımlı, Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, Fransada sığınacaq almış Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev də var.

    Digər ərizəçilər Aynurə İmranova, Gülər Mehdizadə, Rövşanə Rəhimova, Ənnağı Hacıbəyli, İzolda Ağayeva, Aynurə Heydərova, Aytən Ələkbərova, Dilarə Vəliyevadır.

    Avropa Məhkəməsi hazırda Türkiyədə yaşayan jurnalist A.İmranovaya münasibətdə Konvensiyanın 13-cü maddəsinin pozuntusunu tanımayıb. Belə nəticəyə gəlib ki, yerli məhkəmələr onun ölkədən çıxışıyla bağlı məsələyə mahiyyəti üzrə baxıblar, sadəcə, ərizəni təmin etməyiblər. Digərlərinin işinə isə məhkəmələr baxmaqdan imtina edib.

    Ə.Hacıyeva və hüquqşünas R.Rəhimovaya isə xərclərə görə 1000 avro ödənilməsi nəzərdə tutulmayıb. R.Rəhimovanın vəkili özü olub. Ə.Hacıyeva isə xərclərlə bağlı sübut təqdim edə bilməyib, deyə AİHM-nin məlumatında bildirilir.

    Qeyd edilən şəxslərin Azərbaycandan çıxışına qadağa 2012-2016-cı illərdə qoyulub. Bu zaman onlar cinayət işlərində şübhəli və ya təqsirləndirilən şəxs deyil, yalnız şahid qismində keçirdilər.

    /Turan.az/


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!