Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şrift : |
Tarix :14-12-2018, 22:53
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 27 dəfə
Like :
Like :

    Azərbaycanın müxalif siyasətçiləri hüquq-mühafizə orqanlarından "Azərbaycan landromatı" araşdırmasında üzə çıxarılmış korrupsiya və çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb ediblər.

    Belə ki, Britaniya hakimiyyəti Azərbaycandan çirkli pulların yuyulması ilə əlaqəsi olan bir neçə milyard dollarlıq bank hesablarını dondurub. Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) məlumatına görə, hesabların dondurulması orderi çirkli pulların yuyulması ilə mübarizədə ilk addım olub.

    Baş verənləri şərh edən Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bildirib ki, ilk növbədə Azərbaycanın hüquq-mühafizə orqanlarının bu faktları və xüsusən, ABŞ vətəndaşı Kemal Öksüzün ifadələrini araşdırmalı olduğunu hesab edir. O etiraf edib ki, SOCAR-ın vəsaiti ilə Amerika konqresmenlərinin Bakıya səfərlərinin maliyyələşdirilməsində iştirak edib.

    Həsənli deyib ki, müdafiə üçün nəzərdə tutulmuş vəsait qanunsuz olaraq Azərbaycandan çıxarılıb. Bu faktların beynəlxalq səviyyədə ifşasına və xarici antikorrupsiya komissiyalarında təhqiqatlar aparılmasına baxmayaraq, rəsmi Bakı susmağa davam edir.

    "Nə əcəb, cənab Əliyev ölkəni alçaldan, onun müdafiə qabiliyyətinə ağır zərbə vuran 3 milyard dollarlıq oğurluq faktının araşdırılmasını, Qaralov demiş, "şəxsi nəzarətinə" götürmür?", deyə Həsənli Facebook səhifəsində istehza ilə qeyd edir.

    AXCP lideri Əli Kərimli də qeyd edir ki, gec-tez korrupsiya və çirkli pulların yuyulması faktları ifşa edilməli idi. "Deyirdik axı, xalqın, şəhidin, qazinin, işsizin, əlilin, uşağın malını sona qədər yeyə bilməyəcəksiniz", deyə Kərimli yazır.

    "İndi bütün dünyada Azərbaycan korrupsiya, rüşvətxorluq ölkəsi kimi tanınır. Bu səbəbdən iqtisadiyyatımıza qoyulan investisiyaların miqyası azalır. Böyük şirkətlər Azərbaycanı tərk edir. Bir tərəfdən xalqımızın sərvətləri talan edilir, digər tərəfdən də iqtidar sahiblərinin bu davranışlarına görə bütün dünyada mənfi imicimiz formalaşır. Xalqımız da, dövlətimiz də nüfuzdan düşür ki, bu da Qarabağ problemi də daxil olmaqla bütün problemlərimizin həllini çətinləşdirir. Azərbaycan indi həm investisiya qoyuluşu, həm də turizm baxımından cəlbedici ölkə deyil", deyə Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib.

    "REAL" partiyasının lideri İlqar Məmmədov hesab edir ki, Böyük Britaniyada "Azərbaycan landromatı" ilə bağlı bank hesablarının dondurulması haqqında məlumat yeni bir şey söyləmir.

    Bir müddət əvvəl Londonda Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı barəsində tədbirlər görülüb. "Onda bir sıra beynəlxalq müşahidəçilər Britaniya anti-korrupsiya qanunvericiliyinin təkcə öz ölkələrində artıq cəzalandırılmış şəxslərə deyil, həm də hakimiyyətdə olanlara qarşı tətbiqinin vacibliyindən danışdılar", deyə Məmmədov "Amerikanın Səsi"nin Azərbaycan xidmətinə bildirib.

    /Turan.az/


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!