MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

Şrift : |
Tarix :17-12-2018, 01:00
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 68 dəfə
Like :
Like :

    Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatı dinlənilib. Koalisiya üzvləri İlham Hüseynli, Qubad İbadoğlu, Oqtay Gülalıyev, Fuad Həsənov, İlqar Hüseynli, Cəmil Hacıyev və digərləri çıxış edərək ötən 2 il müddətində Koalisiyanın fəaliyyətindən, vətəndaş cəmiyyətinin qarşılaşdığı problemlərdən, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində yerli və beynəlxalq səviyyədə görülən işlərdən və mövcud durumdan, Azərbaycanın Təşəbbüs çərivəsində fəaliyyətinin dayandırılmasından və digər məsələlərdən danışıblar. Qeyd olunub ki, hazırda dünyada Şəffaflıq hərəkatının genişlənməsi yeni situasiya yaradıb və Azərbaycanın Təşəbbüsdən kənarda qalması təəssüf doğurur.

    Yığıncaqda Koalisiya Şurasının yeni tərkibi formalaşıb və aşağıdakı şəxslər gizli səsvermə yolu ilə qurumun rəhbər heyətinə seçiliblər; Himayət Rizvanqizi, Məlahət Mürşüdlü, Fuad Həsənov, Oqtay Gülalıyev, İlham Hüseynli, Vahid Məhərrəmli, Sevil Həmidova, Cəmil Hacıyev, Jalə Cəfərova, Sədaqət Paşayeva, Taleh Xasməmmədov. Eyni zamanda Şövqiyyə Rəhimova, Bəkir Nərimanoğlu, Ülviyyə Xəlil, Eəşən Əlisoy, Rövşən Niftalizadə Koalisiyanın Monitorinq Qrupunun üzvləri seçilib.

    Yığıncaqda Koalisiya üzvləri Fuad Qəhrəmanlının, Asif Yusiflinin və Mehman Hüseynovun qanunsuz həbsdə saxlanılması pislənilib və onların azadlığa buraxılması tələb olunub.

    Yekunda Koalisiyanın XX Ümumi Yığıncağı adından Bəyannəmə qəbul olunub. Bəyannamədə deyilir; “Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Kоаlisiyаsı olaraq Azərbaycanda şəffaf idarəçiliyin, habelə ölkənin mineral ehtiyatlarının istismarı və satışından daxil olan gəlirləri, eləcə də bu vəsaitlərin ədalətli bölgüsü və səmərəli xərcləmləri üzərində ciddi dövlət və ictimai nəzarətin həyata keçirilməsində maraqlı və israrlı olduğumuzu bir daha bəyan edirik.

    Təəssüf edirik ki, 2014-cü ilin ortalarından Azərbaycan hökumətinin müstəqil QHT-lərə, azad mətbuata və ictimai fəallara təzyiqlərinin nəticəsində bütövlükdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti zəifləmiş və bu Koalisiyanın fəliyyətinə də mənfi təsir göstərib. Odur ki, Koalisiyanın XX Ümumi Yığıncağının iştirakçısıları Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti üçün mühitlə əlaqədar hüquqi və praktiki maneələri aradan qaldırmağa, qeydiyyatdan çıxarışlar, qrantların və donorların qeydiyyatı tələblərini ləğv etməyə çağırır.

    Bütün sadalananlara rəğmən Azərbaycanın təbii sərvətlərlə zənginliyini, xüsusilə, geniş neft-qaz və dag-mədən potensialına malik olmasını, hal-hazırda ölkənin büdcə gəlirlərinin əhəmiyyətli hissəsinin bu gəlirlərdən aslı olduğunu, habelə hökumətin 14 sentyabr 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi üzrə xarici şirkətlərlə 1994-cü ildə imzalanmış hasilatın pay bölgüsü sazişinə xitam verərək 2050-ci ilə qədər davam edəcək yeni saziş imzalanmasını, eləcə də hökumətin MHŞT-dən çıxmasına rəğmən Milli səviyyədə bu Təşəbbüsü davam etdirmək qərarını nəzərə alaraq MSŞT Koalisiyası hesab edir ki:

    - Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarının fəaliyyət mühiti ilə bağlı yaratdığı çətinlikləri aradan qaldırmalı,
    - Müstəqil vətəndaş cəmiyyəti institutlarının təmsilçisi olaraq Koalisiyanın tərəf olaraq iştirakı ilə Çoxtərəfli Qrupun fəaliyyəti bərpa edilməli, üç tərəfli yeni Anlaşma Memorandumu imzalanmalı,
    - Beynəlxalq MHŞT-yə qayıtmalıdır.”

    MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib
    MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib
    MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib
    MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib
    MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!