Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Şrift : |
Tarix :18-12-2018, 01:02
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 35 dəfə
Like :
Like :

    Dekabrın 18-də şəhid ailələrinin 50-yə yaxın nümayəndəsi Şəhidlər Xiyabanında toplaşıb. Tədbir iştirakçılarından biri olan Məhəbbət Qocayevanın sözlərinə görə, aksiya iştirakçıları üzlərinə üzərində "Sus" yazılan qara maska taxaraq Şəhidlər Xiyabanına gəliblər.

    Bununla onlar dekabrın 11-də aksiya zamanı şəhid ailəsi nümayəndəsi Toğrul Qocayevin 30 günlük həbsinə etiraz ediblər. O, guya polisə tabe olmamaq ittihamı ilə 30 günlük həbs edilib.

    Aksiya iştirakçıları Qocayevin azad edilməsini tələb ediblər, bundan sonra dağılıblar.

    Bu ilin yazında prezident İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüş əməliyyatlarında həlak olanların və ya itkin düşənlərin ailələrinə 11 min manat ölçüsündə birdəfəlik təzminat ödənilməsi haqqında sərəncam imzalayıb. Təzminatların ödənilməsinə oktyabrın 9-dan başlanılıb. Amma bir çox ailələrə keçmişdə vəsait almaları bəhanəsi ilə təzminat ödənilməsindən imtina edilib. Narazı vətəndaşlara məhkəmələrə müraciət etməyi tövsiyə edirlər. Amma şəhid ailəsi məhkəməyə müraciət etmək üçün dövlət orqanlarından rəsmi imtina cavabı almalıdır, onlara yazılı sənəd isə verilmir.

    "Azərsığorta" dövlət şirkətindən iddia edirlər ki, 1990-cı illərdə hərbi qulluqçuların icbari sığortası haqqında qanun çərçivəsində bəzi ailələrə təzminat ödənilib. O vaxtki təzminatların məbləği 50-200 min denominasiya olunmamış manat təşkil edirdi, bu da hazırki 10-40 manata bərabərdir.


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!