"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Şrift : |
Tarix :18-12-2018, 01:13
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 50 dəfə
Like :
Like :

    Bu il dünyada 80 jurnalist öldürülüb, 348 jurnalist həbsdədir, 60 jurnalist isə girov saxlanılır - "Sərhədsiz Reportyorlar" təşkilatının dekabrın 18-də dərc etdiyi jurnalistlərə qarşı zorakılıq və amansız rəftar haqqında illik dünya icmalında yer alan məlumatlar belədir.

    Bu məlumatlar jurnalistlərə və KİV-ə qarşı düşmənçilik səviyyəsinin görünməmiş həddə artdığını nümayiş etdirir, deyə təşkilatın Turan agentliyinə göndərilmiş hesabatında bildirilir.

    Xüsusən, qətllərin, həbs cəzalarının, girov götürülmə və zorla qaçırılma hallarının sayı artıb. Jurnalistlər əvvəllər heç vaxt 2018-ci ildə olduğu qədər zorakılığa və amansız rəftara məruz qalmayıblar, deyə hesabatda qeyd edilir.

    Belə ki, jurnalistlərin qətllərinin sayı (80) 2017-ci illə müqayisədə (63) 8% artıb.

    Səudiyyəli icmalçı Camal Haşogginin və Slovakiyalı jurnalist Yan Kuçyakın geniş rezonans doğuran qətlləri mətbuat azadlığı düşmənlərinin nə qədər uzağa gedə biləcəyini göstərib. 2018-ci ildə öldürülən jurnalistlərin yarısından çoxu əvvəlcə döyülüb.

    "Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir", deyə "Sərhədsiz Reportyorlar"ın baş katibi Kristof Deluar bildirib.

    Onun sözlərinə görə, qanuniləşdirilmiş zorakılıq və ədavət jurnalistikanı və demokratiyanın özünü sarsıdır.

    Hesabata əsasən, Əfqanıstan 2018-ci ildə jurnalistlər üçün ən öldürücü ölkə olub, burada 15 mətbuat nümayəndəsi öldürülüb.

    Daha sonra 11 jurnalistin öldürüldüyü Suriya və 9 jurnalistin öldürüldüyü Meksika gəlir.

    İyunda "Kapital" qəzetinin beş əməkdaşının güllələnməsi ABŞ-ı ən öldürücü ölkələr sırasına daxil edib.

    Dünyada həbs edilən jurnalistlərin sayı da ötən illə (326 nəfər) müqayisədə artaraq, 348 nəfərə çatıb.

    2017-ci ildə olduğu kimi, həbs edilmiş jurnalistlərin yarısından çoxu beş ölkədə: Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Misirdə saxlanılır.

    Çin dünyada qeyri-peşəkar jurnalistlərin ən böyük həbsxanasıdır, türkiyə isə həbsdə olan peşəkar jurnalistlərin sayına görə dünyada rekorda sahibdir.

    Hazırda girov saxlanılan jurnalistlərin sayı 60-dır, bu, ötən illə müqayisədə (54) 11% çoxdur. Onlar hamısı üş Yaxın Şərq ölkəsində: Suriya, İraq və Yəməndə saxlanılır. Onlar arasında beş əcnəbi var.

    İraqda İslam Dövlətinin məğlubiyyətinə və Suriyada geri çəkilməsinə baxmayaraq, bu girovların taleyi haqqında məlumat azdır, üç il Suriyada əsir saxlanıldıqdan sonra azadlığa buraxılan Yaponiyalı jurnalist Cumpey Yasud istisna təşkil edir. Ukraynalı jurnalist indiyədək qondarma "Donetsk Xalq Respublikasında" onu casusluqda ittiham edən hakimiyyət tərəfindən saxlanılır.

    "Sərhədsiz Reportyorlar" (RSF) BMT, YUNESKO, Avropa Şurasında və s. məsləhət statusuna malik olan beynəlxalq QHT-dir.

    Təşkilatın qərargah-mənzili Parisdə yerləşir, dünyanın 17 şəhərində isə (Berlin, Brüssel, Cenevrə, Helsinki, İstanbul, Karaçi, Kiyev, London, Madrid, Mexiko, Rio-de-Janeyro, San-Fransisko, Stokholm, Taybey, Tunis, Vyana və Vaşinqton) nümayəndəlikləri var. Müxbirləri 130 ölkədə və 15 yerli tərəfdaş təşkilatda işləyir.
    /Turan/


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!