Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

Şrift : |
Tarix :18-12-2018, 01:24
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 40 dəfə
Like :
Like :

    Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs olunmaq təhlükəsi ilə üzləşdiyini deyib.

    7GUN.az bildirir ki, bu barədə Meydan TV-yə danışan jurnalist bildirib ki, həbs olunacağı barədə üç mənbədən məlumat alıb:

    "Detallarını açmasalar da, yeni həbs hazırlandığını söyləyiblər. Ciddi bir şey olmadığını, yaxud araşdırmalarla məşğul olmamaq, AŞ PA-da və başqa beynəlxalq forumlarda çıxış etməmək üçün bəlkə qorxutmaq istədiklərini düşünürdüm. Sonra hesablarımın həbsi üzə çıxdı, ətrafımdakı adamlara maraq sezdim”.

    Jurnalist hökumətə yaxın mediada yarım milyon qrant alması haqda məlumatları uydurma sayıb:

    "Görünür nəyəsə zəmin hazırlayırlar. Əvvəl də müxtəlif borclarla bağlı tikilən işlərdə həmin media qurumları zəmin rolunu oynayıblar”.

    Xədicə İsmayıl hesab edir ki, əsas məsələ həmkarlarının gördüyü işləri davam etdirmələridir.

    Dekabrın 17-də "Avropa.info” saytında Xədicə İsmayılın Qərb təşkilatlarından 500 min avro məbləğində qrant aldığı iddia olunub.

    Məlumatda deyilir ki, bank hesabları bağlı olduğundan X.İsmayıl pulu kiçik partiyalarla nağd şəkildə alıb.

    Qrantın milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparılması üçün verildiyi bildirilir.

    X.İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin(CM)125-ci maddəsilə həbs edilib.

    Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla 7 il 6 ay azadlıqdan məhrum edilib.

    Ali Məhkəmə 2016-cı ilin mayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!