Fazil Mustafanın ilin yekunları haqqında şərhləri


2018-ci ildə Azərbaycanın kataklizmlər yaşamaması, dövlət müstəqilliyinin qorunub saxlanılması, dünyanın aparıcı güclərilə problemlər, ölkəyə hərbi müdaxilə olmaması bu ilin uğurlarından sayıla bilər.

7GUN.az bildirir ki, bu fikri Turan-ın müxbiri ilə söhbətində Azərbaycan parlamentinin deputatı, "Böyük Quruluş" Partiyasının rəhbəri Fazil Mustafa ilin yekunlarını şərh edərkən deyib.

Bununla birlikdə, ölkədə iqtisadi, sosial sahələrdə və maliyyə sahəsində ciddi problemlər qalmaqdadır.

Amma ən böyük problem 30 ildir davam edən Qarabağ münaqişəsidir.

O, problemlər arasında əhalinin məşğulluq səviyyəsinin yüksək olmamasını da göstərib.

Sosial problemlər qalmaqdadır. Əhalinin əsas problemlərindən biri vaxtı keçmiş kreditlərdir. Bu problem 2015-ci ilin iki devalvasiyasından sonra xüsusilə gərginləşib.

Amma, sözügedən problemlərə baxmayaraq, Mustafa hesab edir ki, 2018-ci il uğurlu olub.

19-12-2018, 03:56