2019-cu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsi təsdiq edilib


Azərbaycan prezidenti İlham Əliyev 2019-cu il üçün İşsizlikdən Sığorta Fondunun Büdcəsi haqqında qanunu imzalayıb. Sənədə əsasən, fondun gəlirləri və xərcləri 83 451,4 min manat səviyyəsində nəzərdə tutulub.

Bunun 83 421,4 min manatı işsizlikdən sığorta növü üzrə ödənişlər hesabına, qalan hissəsi digər gəlirlərdən formalaşdırılacaq.

Bu seqmentdə ödənişlərin strukturunda 13 060,7 min manatı təşkilatın büdcəsindən maliyyələşdirilən təşkilatların, 13 060,7 min manatı büdcədən maliyyələşdirilən təşkilatların işçilərinin, 57 300,0 min manatı büdcədənkənar sektorun payına düşür.

Fondun ilin sonuna qədər istifadə olunmamış vəsaitləri gələn ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

21-12-2018, 22:52