Aynur Camalqızı jurnalisti döydürdü

Şrift : |
Tarix :13-06-2018, 23:25
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 171 dəfə
Like :
Like :

    Aynur Camalqızı jurnalisti döydürdü
    Jurnalist Dəyanət Babayev ötən gün təzyiqlərə məruz qalıb. Jurnalist sosial şəbəkədə paylaşdığı statusunda bildirib ki, Axar.az və Teleqraf.com saytının rəhbəri Aynur Camaqızının həyat yoldaşı İlqar və onun qoçu dəstəsi Hüseyn Cavid parkında onu döyüblər. Onlar jurnalistə müxtəlif bədən xəsarətləri yetiriblər. Baş verən hadisə ilə bağlı polisə müraciət edən jurnalist qeyd edib ki, döyülmədən sonra özünü narahat hiss edir və xəsarətləri ciddidir.
    Dəyanət Babayevin Facebookda paylaşdığı statusu olduğu kimi diqqətinizə çatdırırıq:
    "Dünən axşam təxminən saat 7-8 radələrində Kəramət Böyükçöl mənə zəng etdi və bildirdi ki, onu Aynur Camal qızının həyat yoldaşı İlqar onu hədələyərək təhdid edir. Onu Elmlər Akademiyasında Hüseyin Cavid parkına razborka etməyə çağırır. O dedi ki, İlqar məni döyə bilər və sən bunu çəkib ictimailəşdirməyə kömək et. Mən etiraz etmədim. Dərhal həmin ünvana getdim. Parkda Kəramət və şair Mübariz Məsimoğlu da var idi. Məlum oldu ki, Kəramət Aynur xanımdan 600 AZN borc pul alıb. Pulu deyilən vaxtdan bir az gec qaytardığı üçün Aynur xanım ona telefonla təhqir mesajları yazıb və daha sonra Kəramətin 21 yaşlı həyat yoldaşına zəng edərək onu və Kərəməti təhdid edib ki, sənin nömrəni verəcəyəm ərim İlqara, qoy, o, səninlə danışsın. Bu sözləri həyat yoldaşı Kəramətə dedikdən sonra Kəramət Aynur xanıma cavab mesaji yazıb. Daha sonra söhbətə Aynur xanımın həyat yoldaşı İlqar qarışmalı olub.
    İlqar Hüseyn Cavid parkına idmançı bir dostu ilə gəldi. Mən və Mübariz bəy onları kənardan müşahidə edirdik. Onlar Kəramətlə söhbət edə-edə onu təxminən 500-600 metr kənara apardılar. Sən demə, İlqar bəy xüsusi plan hazırlamışmış. Bizi onun digər idmançı dostları da qara maşınlarla müşahidə edirdilər.
    Aralarında mübahisə düşdü. İlqar və dostu Kəraməti döyməyə başladılar. Sonra həmin maşınlardan İlqarın digər dostları düşüb gəldi. Mən məsələnin artıq ciddi olduğunu anlayıb telefonumla hadisəni çəkməyə başladım. Bu zaman İlqarın idmançı qoçu dəstələri üstümə hücum çəkdi, məni Kəramətdən də betər vicdansizcasına döyməyə başladılar, telefonumu ayaqarıyla əzib sındırdılar, özümü yerə yıxıb sağ və sol tərəfdən başıma təpiklə zərbələr vurdular. Sonra mən və Kəramət qaçıb və dəmir raşotkadan tullanıb Bakı Dövlət Unversitetinin həyətinə keçdik, mühafizəçilərdən kömək istədik, yoxsa azğınlaşmış insanlar bəlkə də bizi rəsmən öldürəcəkdilər.
    Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişəm. Dünən hadisəni araşdırmaq üçün məni Yasamal rayonu 28-cı polis bölməsinə dəvət etdilər, amma daxili ağrılarım çox olduğu üçün gedə bilmədim. Ağrılardan gecə, demək olar ki, yata bilməmişdim. Bu gün isə polis bölməsinə gedib hadisə ilə bağlı ifadə verəcəyəm". Realliq.info


Xəbər lenti

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

F. Fərəməzoğlunun işində də zərərçəkmiş şəxs həbs edilib

Polis bölməsi qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır

Penitensiar Xidmət həbsxanalarda aclıq aksiyası keçirilməsi barədə məlumatı təkzib edir

Dörd fəal həbsxanada müddətsiz aclıq elan edib

Aclıq aksiyası davam etdirilir

E.Məmmədyarov və Z.Mnatsakanyan görüşəcək

Emin Hüseynov: “Mehman güclü təzyiq altındadır”

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!