Karsa salınmış AXCP fəalı ilə görüşə icazə verilməyib


Vəkil Elçin Sadıqov ötən gün AXCP fəalı Fuad Əhmədli ilə görüş ala bilməyib. F.Əhmədli dekabrın 26-da 16 saylı koloniyada 3 sutkalığa karserə salınıb. 7GUN.az xəbər verir ki, bu barədə Turan-a vəkil bildirib.

"Vəziyyətə aydınlıq gətirmək və F.Əhmədlinin durumunu öyrənmək üçün koloniyaya getdim. Ancaq görüşə icazə verilmədi", - vəkil bildirib.

O deyib ki, F.Əhmədlinin hüquqlarının təmin olunması üçün hüquqi prosedurları davam etdirəcək.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Fuad Əhmədli 2018-ci il avqustun 17-də "operativ-axtarış fəaliyyəti haqqında qanunun normalarının pozulması", əsasən "Azerfon" mobil rabitə istifadəçilərinin şəxsi məlumatlarının yayılması kimi uydurma ittihamla həbs olunub. Bundan əlavə, onu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.

2017-ci il iyunun 16-da F.Əhmədli 4 il azadlıqdan məhrum edilib. Avqustun 17-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. F.Əhmədli siyasi məhbus kimi tanınıb.

27-12-2018, 23:25