Washington Post: Mehman Hüseynov azad edilməlidir və bu parodiyaya son qoyulmalıdır

Şrift : |
Tarix :6-01-2019, 23:01
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 31 dəfə
Like :
Like :

    ABŞ-ın mötəbər Washington Post qəzetinin redaksiya heyəti baş məqalədə bloger Mehman Hüseynovun azad edilməsinə çağırır. Baş məqalədə Azərbaycanda dissidentlər və jurnalistlərə qarşı təqiblər, ölkədə 10 jurnalistin həbsdə saxlandığı və 150 siyasi məhbusun olduğu qeyd edilir. Washington Post qəzetinin redaksiya heyətinin baş məqaləsini təqdim edirik.

    "Mehman Hüseynov Azərbaycan hakimiyyəti haqqında narahatlıq doğuran həqiqətlər, o cümlədən rəsmilər arasında korrupsiya və polis qəddarlığını üzə çıxarmış bloger, mətbuat azadlığı fəalı və jurnalistdir. O, iki ilə yaxındır saxta ittihamlarla həbs edilib. Onun həbs müddətinin bitməsi yaxınlaşdıqca Azərbaycanın polis dövləti onu beş ildən yeddi ilə qədər həbsdə saxlamaq üçün ona qarşı saxtalaşdırılmış yeni ittihamlar irəli sürüb. Cənab Hüseynov buna etiraz olaraq aclıq elan edib. O azad edilməlidir və parodiyaya son qoyulmalıdır.

    Yeni təqibin arxasında Azərbaycanda despot İlham Əliyev tərəfindən dissidentlər və jurnalistlərə qarşı təqiblər kimi bir ağır reallıq dayanır. İnsan hüquqları qruplarına əsasən, cənab Əliyevin həbsxanalarında 10 jurnalist də daxil olmaqla, 150 siyasi məhbus saxlanır. Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 2016-cı ildə azad edilməsi Azərbaycan hakimiyyətinə həqiqəti söyləyənlərə qarşı təhlükənin sonu olmadı. Xanım İsmayılova da yenidən təqiblərə məruz qalıb.

    Cənab Hüseynov Azərbaycan hakimiyyətini məsul tutmaq üçün Facebook və YouTube platformalarından effektiv şəkildə istifadə edirdi. O, araşdırmaları və ifşaedici materialları arasında 2016-cı ilin sonlarında nümayiş etdirdiyi video süjetlərdə adi azərbaycanlıların iqtisadi vəziyyətinin ağır olduğu halda, hökumət məmurlarının özlərinə dəbdəbli saraylar tikdirdiyini göstərmişdi. O, 2017-ci il yanvarın 9-da həbs edilib və Jurnalistləri Müdafiə Komitəsinə əsasən, növbəti gün hakimə polis tərəfindən döyüldüyünü, onun başına plastik torba keçirildiyini və elektroşok verdildiyini deyib. Xanım İsmayılova məhkəmədən çıxanda onun üzündə qançır olduğunu və köynəyinin qana bulandığını bildirib. Hakimin qərar çıxardığı kimi ona qarşı rəftarın təhqiqi əvəzinə cənab Hüseynov onun qeyri-insani rəftara məruz qaldığı eyni polis bölməsinin iddiası əsasında "diffamasiya" ittihamı ilə məhkum edildi. Ona iki il həbs cəzası verildi. O, 2017-ci il martın 3-dən həbsdədir.

    Hazırda Azərbaycan rəsmiləri Hüseynovun penitensiar xidmətin zabitinə zorakı hücum etdiyini iddia edərək, ona qarşı yeni ittiham irəli sürüb. Bu ittiham qeyri-müəyyəndir, səndləşdirilməyib və yəqin ki ağırlığı da birincilər kimidir. Cənab Hüseynovu susdurmağın əsas məqsədi budur ki, o, Azərbaycan məmurlarının dəbdəbəli villalarını ifşa etməsin və polis qəddarlığı ilə bağlı ifadələr verməsin. Cənab Hüseynov susuz və quru aclığa başlayıb və onun səhhəti ağırlaşmaqda davam edir.

    Cənab Əliyev yəqin fikirləşir ki, heç kəs zəhmət çəkib, onun qəddar rəftarını sorğulamayacaq. Diplomatik xidmətdə karyeralı diplomat Earl Litzenberger bu günlərdə ABŞ-ın Azərbaycana səfiri kimi təsdiq edilib. O, təsdiqi ilə bağlı dinləmələrdə bildirib ki, "demokratiyalar yalnız müstəqil ədliyyə, qanunun aliliyinə hörmət, azad media, aktiv vətəndaş cəmiyyəti, plüralizm, demokratik seçki prosesinin və insan hüquqları və fundamental azadlıqlara hörmət edildiyi zaman çiçəklənir". Səfir öz vəzifəsində ilk addım olaraq bunu cənab Əliyevə yüksəkdən oxumalı və cənab Hüseynovun azad edilməli olduğunda israr etməlidir."


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!