Gömrük Komitəsi "dostlarını" ələ vermir... - Əvəzində "günah keçisi" axtarır...

Şrift : |
Tarix :6-01-2019, 23:11
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 21 dəfə
Like :
Like :

    Ölkəmizdə pirotexniki vasitələrin satışına 2001-ci ildən qadağa qoyulsa da, ötən illər olduğu kimi, bu il bayram günlərində də qadağaya məhəl qoyulmadı. Bu bayram da pirotexniki qurğular açıq satışda oldu və kütləvi istifadə edildi. Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının 17 dekabr 2001-ci il tarixli sərəncamı ilə partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsi qadağandır. Amma hələ bayram ərəfəsində məhz BŞİH-in təşkil etdiyi yarmarkalarda bu vaisitələrin açıq satışı diqqəti cəlb edirdi.

    Bu il də Fövqəladə Hallar Nazirliyi tərəfindən də priotexniki vasitələrin təhlükəli olması ilə bağlı xəbərdarlıq edildi. Amma partlayıcıların istifadəsi təhlükəsiz ötüşmədi. Uşaqların, gənclərin xəsarət alması ilə bağlı xəbərlər yayıldı. Yeni il axşamı Bakıda olan əcnəbi turist də pirotexniki vasitələrdən ciddi xəsarət aldı. Partlayış nəticəsində 34 yaşlı Türkmənistan vətəndaşı sağ əlinin iki barmağını itirdi. Həkimlər həmin şəxsin pirotexniki vasitəni düzgün istifadə etmədiyi üçün bədbəxt hadisənin baş verdiyini bildirdi.

    Sual doğuran başlıca məsələ qadağan olduğu halda bu cür vasitələrin ölkəmizə kimlər tərəfindən və necə gətirlməsiylə bağlıdır. Dövlət Gömrük Komitəsindən bununla bağlı gömrük orqanlarına qarşı irəli sürülən iddiaları əsassız adlandırıb. Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirildiyi bildirilib və Komitənin buna qarşı mübarizə apardığı qeyd olunub:

    “Sözügedən məmulatların gömrük sərhədindən qanunsuz yollarla keçirilməsi üçün əsasən nəqliyyat vasitələrinin müxtəlif hissələri gizli saxlanc yerləri kimi istifadə edilib. Aşkar edilən faktlar üzrə saxlanılan xeyli miqdarda pirotexniki vasitələr məhz, ötən ilin dekabr ayında media nümayəndələrinin iştirakı ilə yandırılaraq zərərsizləşdirilib. Həmin məhsulların gömrük sərhədindən keçirilməsinə gəlincə isə bu yalnız qaçaqmalçılıq yolu ilə və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür. Qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən və gömrük orqanları tərəfində saxlanılan məhsulların sonradan qeyri-qanuni yolla sərbəst dövriyyəyə buraxılması barədə deyilənlər isə gömrük orqanlarına qarşı aparılan qaralama kampaniyasının tərkib hissədidir və əsla həqiqətəuyğun deyil”.

    Açıqlama bir sıra ziddiyyətli məqamları ortaya çıxarır. Priotexniki vasitələr qaçamalçılıq yolu ilə ölkəyə gətirilirsə, onların açıq-aşkar və kütləvi satışı necə mümkün olur?

    Bir məqamı da qeyd edək ki, bu il qiymətlərin ötən illərdən daha baha olduğu müşahidə olunub. Keçən il 1 AZN-ə olan kiçik partlayıçılar bu il 2.50 AZN təklif olunub. Bir qədər böyük fişənglərin qiyməti isə daha baha olub. Satıcılar isə bunun səbəbini icazə üçün 50 manat ödəmələri ilə izah etsələr də vəsaitin kimə, nə məqsədlə verildiyi açıqlanmayıb.

    İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qadağalar olduğu üçün bu sahədə korrupsiya da istisna deyil:

    “Gömrük Komitəsinin açıqlaması heç kimi qane etmir. Çünki Komitənin icazəsi olmadan bu vasitələrin bu həcmdə ölkəyə gətirilməsi qeyri- mümkündür. Görünür, bunu gətirən şirkət malı başqa adla bəyan edərək gömrükdən keçirir. Gömrük orqanları da buna göz yumur. Təbii ki, burada qarşılıqlı “anlaşma” mövcuddur”.

    Nazim Bəydəmirli deyib ki, bir sıra xarici ölkələrdə bu vasitələrin istifadəsi reqlamentasiya olunub:

    “Avropa ölkələrinin bəzilərində yeni il ərəfəsində bu vasitələrin istifadəsi qadağan deyil, amma müəyyən saat məhdudiyyəti qoyulur. Qaçaqmalçılıq da yoxdur. Ona görə də hesab edirəm ki, bizdə bunun tam qadağan edilməsi doğru deyil və korrupsiya yaradan amildir. İcazə vermək lazımdır. Xüsusi lisenziya əsasında icazəsi olan şirkətlər gətirməli və vergilərini tam ödəməlidirlər. Spirtli içki və tütün məmulatları kimi bu vasitələr da müxtəlif qaydalar qoyulmaqla satışa buraxılmalıdır. Uşaqların istifadəsinə valideynlər nəzarət etməlidirlər. Uşaqların sağlamlığını da düşünmək, cəmiyyətin bayramı normal keçirmə haqqını da tanımaq lazımdır. Digər hallarda ölkədə qaçaqmalçılığın, monopoliyanın olmadığını bəyan edən Dövlət Gömrük Komitəsi rəhbərləri adi bir vəziyyətdə bunu reqlamentə salmaq istəmirlər. Və ya əlavə, gizli gəlir mənbəyidir deyə, bunun üstünə getmirlər”.


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!