Mehman Hüseynova həmrəylik əlaməti olaraq acliq aksiya davam etdirilir


Müsavat Partiyasının qərargahında "Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə başlanmış aclıq aksiyası davam edir.

Aksiya iştirakçılarından biri, Müsavat Partiyası İdarə Heyətinin üzvü Tofiq Yaqublu Turan-a bildirib ki, Yaşar Ferazi və Tofiq Məmmədov orqanizmlərinin zəif olması səbəbindən aksiyanı dayandırıblar. T.Məmmədov yanvarın 2-dən, Y.Ferazi isə yanvarın 6-dan aclıq edib. Hazırda T.Yaqublu ilə yanaşı 5 nəfər aclığı davam etdirir: Elşad İsrafilli, Fuad Rəhimli, Mübariz Fətullayev, Rövşən Niftalızadə və aksiyaya bu gün qoşulan Natiq İsrafil.

Aksiya bloger Mehman Hüseynova həmrəylik əlaməti olaraq keçirilir. M.Hüseynov ona qarşı yeni cinayət işinin açılmasına etiraz olaraq dekabrın 26-dan aclıq edir.

10-01-2019, 02:20