Azərbaycanın Avstraliyadakı səfriliyinə göndərilən şübhəli bağlama

Şrift : |
Tarix :10-01-2019, 03:28
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 19 dəfə
Like :
Like :

    Azərbaycanın Avstraliyadakı səfriliyinə göndərilən şübhəli bağlama hüquq-mühafizə orqanlarına təhvil verilib.

    Bu barədə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə bildirib. E.Həbibzadə qeyd edib ki, şübhəli bağlama yanvarın 9-da səfirliyə daxil olub. Onun üzərində göndərildiyi ünvan və şəxsin adının göstərilməməsi şübhə doğurub. Yanvarın 8-də Avstraliya Xarici İşlər və Ticarət Departamentindən daxil olan xəbərdarlıq nəzərə alınaraq, dərhal polislə əlaqə yaradılıb. Yanvarın 10-da səhər saatlarında səfirliyə gələn polis əməkdaşları bağlamanı təhvil alıblar.

    Müvəqqəti işlər vəkili əlavə edib ki, hazırda səfirliyin fəaliyyəti üçün heç bir təhlükə yoxdur və diplomatik heyət işini müvafiq qaydada davam etdirir.

    Xəbər verdiyimiz kimi, yanvarın 10-da Avstraliya Federal Polisi bu ölkədəki diplomatik missiyalara təhlükəli bağlamalar göndərən şəxsin həbsi barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, Avstraliyanın cənub-şərqində yerləşən Şepparton şəhərində yaşayan 48 yaşlı kişi təhlükəli bağlamaların göndərilməsində şübhəli bilinərək həbs olunub. Hazırda bağlamaların tərkibi məhkəmə-tibb ekspertizası tərəfindən yoxlanılır.

    Həmin şəxs yanvarın 10-da Melburnun magistr məhkəməsi qarşısında cavab verəcək. O, bir sıra ölkələrin Melburn, Kanberra və Sidneydə yerləşən səfirlik və konsulluqlarına 38 şühəli bağlama göndərib. Günahı təsdiq olunacağı təqdirdə bu şəxsi 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir.
    /AzərTac/


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!