BÖLMƏLƏR


«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Müğənni Nazəninin vəsatəti təmin edilməyib

18
  • + A
  • - A
  • Müğənni Nazəninin vəsatəti təmin edilməyib
    Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
    7GUN.az REPORT.AZ-a istinadən xəbər verir ki, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə Nazənin Salayevanın vəkili Ceyhun Yusifov vəsatət qaldırıb.
    O bildirib ki, T.Qumral sosial şəbəkələrdə və mətbuatda müvəkkilini hədələyib, qanunsuz hərəkətlərini davam etdirib və məhkəmə qətnaməsini icra etməyəcəyini deyib. Vəkil T.Qumralın barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib və onun məhkəmə zalında həbs edilməsini istəyib.
    T.Qumral vəsatətə münasibət bildirən zaman qətnamələri icra etmədiyini və buna görə də peşman olmadığını söyləyib.
    Vəsatət təmin edilməyib.
    Məhkəmənin növbəti iclası iyunun 25-nə təyin edilib.
    Qeyd edək ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal “ANS”-in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək, T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib. Nazənin məhkəmədə həyat yoldaşının müğənni T.Qumralla intim münasibəti olduğunu sübut edib.
    Məhkəmənin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.